2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hindistanda inək öldürməyə görə ömürlük həbs

Hindistanın qərbindəki Gujarat əyalətində yerli parlament Heyvan Qoruma Qanununda etdiyi dəyişikliklə inək öldürməyə ömür boyu həbs cəzası qoydu.
Əyalət Daxili İşlər naziri Pradeepsinh Jadeja dəyişikliyin qəbul edilməsindən sonra verdiyi açıqlamada “Hindu əzizlərinin izindən gedərək bu qanuni dəyişikliyi reallaşdırdıq, bu, ölkənin ən ağır qanunudur” deyib. Edilən qanuni dəyişiklik inək əti satanlara da 7-10 il həbs və ya 1 500-dən 7 500 dollara qədər pul cəzası verilməsini nəzərdə tutur.
Ölkənin şimaldakı Uttar Pradeş əyalətindəki bir müsəlman təşkilatının nümayəndəsi məsələylə bağlı AA müxbirinə etdiyi şərhdə, qərarın siyasi xarakterli olduğunu bildirib. Adının açıqlanmasını istəməyən nümayəndə: “Gujaratda bu il seçkilər keçiriləcək. Hindu milliyyətçilər qütbləşdirici siyasətin seçkilərdə nə qədər təsirli olduğunu daha əvvəl Uttar Pradeşdə gördülər. İndi bunu təkrarlamaq istəyirlər. Bunun dinlə heç bir əlaqəsi yoxdur. İnsanları aldadırlar” deyib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button