Hindistanın Uttar Pradeş ştatının Mathura şəhərində Yamuna şossesi yaxınlığında qırmızı çamadana yığılmış gənc qadın meyiti tapılıb.
Polis gənc qadının meyitinin müayinəsi zamanı onun başında, üzündə və bədəninin digər yerlərində çapıqların olduğunu və sinəsindən iki güllə yarası aldıqdan sonra öldüyünü üzə çıxarıb.
Polis 22 yaşlı gənc qadının başqa kastadan olan kişi ilə evliliyi üstündə mübahisə etdikdən sonra atası tərəfindən öldürüldüyünü, qadının valideynlərinin isə saxlanıldığını bildirib.
Polis atanın lisenziyalı tapançasını və hadisədə istifadə edildiyi iddia edilən avtomobili müsadirə etdiyi üçün işə “namus qətli” kimi baxdıqlarını deyir.
İHA
Tərcümə“24 SAAT”