2022-10-30 17:07:02
Sosial media Hindistandan görüntülər danışır.
Dehlidən Banqalora qalxmağa hazırlaşan təyyarə çaxnaşma anlarının şahidi olub.
Təyyarə uçuş sürətinə çatmaq üzrə olan zaman sərnişinlər güclü partlayış səsi eşidiblər.
Sonra gördükləri qısa çaxnaşmaya səbəb oldu.
Britaniyanın Daily Mail qəzetində yer alan xəbərə görə, 184 sərnişini daşıyan IndiGo hava yollarına məxsus təyyarənin mühərriki məhz bu vaxt yanıb.
Təyyarədə olan sərnişinlər bu anları saniyə-saniyə lentə alıblar. Sosial şəbəkələrdə yayılan görüntülər sürətlə viral oldu.
Pilotun qısa müddətdə uçuşu ləğv etdiyi və sərnişinlərin təxliyə edildiyi açıqlanıb.
Partlayışın təyyarənin havaya qalxmasına az qalmış baş verməsi “fəlakətin teğet xarakterli olduğu” şərhlərinin verilməsinə səbəb olub.
Qəza nəticəsində can itkisi olmasa da, Hindistanın aviasiya tənzimləyicisi məsələ ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Təyyarənin mühərrikinin nədən alovlandığı hələlik bəlli deyil.
Tərcümə“24 SAAT”