2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Höccətül-İslam Əzimi Qədim Tehranda həbs edilib

İran Azərbaycanı ilə bağlı məlumat yayan veb səhifələr din xadimi Höccətül-İslam Əbdüləziz Əzimi Qədim, həmçinin milli fəal Əli Bağırinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildirirlər.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi internet portallarında verilən məlumatlara görə, türk fəallar Tehranda tutulublar amma hazırda harada saxlanıldıqlarına dair məlumat yoxdur.

Əzimi-Qədim 2005-ci ildən bəri fəaliyyətləri üzündən dəfələrlə İranın təhlükəsizlik və məhkəmə qurumları tərəfindən həbs, təqib və təzyiqlərə məruz qalıb. Amnesty International 2005-2006 illərində onun haqqında üç bəyanat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

O daha əvvəl Amerikanın Səsinə müsahibədə Azərbaycan və digər bölgələrdə yaşayan türklərə tətbiq edilən basqıları tənqid edərək, İran İslam Respublikasında şovinizm və İslamçılığın bir-birinə qarışdığını önə çəkmişdi.

 

24.saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button