2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hökumət şəffaflığa birinci özündən başlamalıdır

Hafiz Babalı

“Şəffaflıq” prezident İlham Əliyevin son vaxtlar (pandemiyaya, ya büdcə gəlirlərinin azaldığına görə – bilmirəm) ən çox işlətdiyi sözlərdəndir.
Əgər hökumət bu məsələdə səmimidirsə, o zaman şəffaflıq və hesabatlılıq üzrə təməl şərtlər təkcə büdcə xərcləmələrinə deyil, digər məsələlərə də şamil olunmalıdır.

  • Biznes subyektlərinin vergi ödəmələri barədə məlumatlar ictimai əlçatımlı olsun (hazırda vergi borcları barədə məlumatları hər kəs əldə edə bilir);
  • Kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatları yenidən açıq olsun. Bu publik məlumatlara həm də şirkətlərin Müşahidə Şurası və icra orqanının üzvləri, üzvlərin doğum tarixi, vətəndaşlığı, reyestrdəki dəyişikliklər (ad, təşkilati-hüquqi-forma, keçmiş MŞ və İH üzvləri) aid edilsin. Məlumatların üçüncü şəxslərə təqdim olunması ödənişli əsaslarla ola bilər (xidmətin özünümaliyyəşdirmə prinsipi baxımından);
  • Məcburi audit subyektlərinin illik maliyyə hesabatlarının vahid açıqlanma portalı təşkil edilsin (portaldan istifadəyə görə müəyyən haqq tətbiq edilə bilər);
  • Vəzifəli şəxslərin gəlir bəyannaməsi təsdiq edilsin və 2021-ci ildən tətbiqinə başlansın;
  • Dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınması müvafiq Portal vasitəsilə elektron qaydada aparılmaqla kotirovka və təkliflər sorğularına da şamil olunsun. Dövlət satınalmaları üzrə qanunvericilikdən yayınmaya görə cəza tədbirləri sərtləşdirilsin (hazırda bəzi qurumlar müsabiqəli satınalma metodlarından yayınırlar).
  • “Şapka”, “otkat” sxemlərindən yaxa qurtarmaqdan ötrü satınalmalarda ixtisas seçimi mərhələsi mütləq şərtlərdən olsun. Prosedurun yekunları üzrə nəticələr bütün iddiaçılar və onların qiymət təklifləri ilə birgə açıqlansın;
  • Dövlət büdcəsinin investisiya xərclərinin və Nazirlər Kabilnetinin Ehtiylat Fondun bölüşdürülməsi haqda sərəncamlar hər kəsə açıq olsun, Məqsədli Büdcə Fondlarının vəsaitlərindən istifadəsi barədə ictimaiyyətə təfərrütlı məlumat verilsin;
  • Dövlət təminatı ilə alınan bütün kreditlər barədə məlumatlar açıqlansın.
  • Mərkəzi Bankın ucuz kredit resurslarından yararlanan biznes subyektləri və banklar barədə məlumatlar açıq olsun.
  • Dövlət subsidiyası, dotasiyası və subvensiyası, yardımı alan bütün fiziki və hüquqi şəxslər barədə məlumatlar (adları və məhdud identifikasiya məlumatı) hər il ictimaiyyətə təqdim olunsun.
    Təkliflər siyahısını genişləndirmək də olar. İqtisadiyyatda tərəqqiyə nail olmaq üçün şəffaflıq sadəcə söz deyil, gerçək məqsəddirsə, o zaman tələsin, cənablar. Nə qədər ki, gec deyil.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button