2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hökumətin idman siyasəti necə “brak” çıxdı?

Kortofu xaricdən aldığımız kimi, idmançıları da xaricdən gətiririk

Zaman göstərdi ki, Azərbaycan hakimiyyəti heç bir sahədə uğur əldə edə bilməyib. Təhsil, səhiyyə, iqtisadiyyat, hüquq sistemi və digər sahələr iflic vəziyyətə düşüb. Hakimiyyətin öyündüyü əsas sahə isə idman sahəsi olub. Gecə-gündüz rəsmi təbliğat idmana qayğıdan, Azərbyacanın dünyada idman ölkəsi kimi tanınmasından söhbət açıb. Hətta bütün rayonlarda idman kompleksləri tikilib, ölkəmiz idman yarışlarına ev sahibliyi edib və s.
Qısası, idmanın inkişafına milyardlar xərclənib, ölkəyə gələn qızıl, gümüş medalların sayı açıqlanıb və hər idman növünün inkişafı bir məmura tapşırılıb.
Reallıq isə göstərir ki, hökumətin idman siyasəti də “taxta medal”a layiqdir. Hər dəfə ölkəmizdə və dünyada beynəlxalq idman yarışları keçiriləndə məlum olur ki, komandımızın heyəti əsasən əcnəbilərdən ibarətdir. Bu məqamda tolerantlıqla öyünməyin, multikulturalizmdən dəm vurmağın yeri yoxdur. Faktiki olaraq meyvə-tərəvəzə, yeni texnologiyalara, diş çöpünə olan tələbatımızı idxalın hesabına ödədiyimiz kimi, idmançıya olan tələbatımızı da legionerlərin hesabına ödəyirik.
Hələ ötən il məlum olmuşdu ki, Rio de Janeyroda keçiriləcək olimpiadada Azərbaycanı bu idmançılar təmsil edəcək. Yana Alekseyevna (boks Ukraina), Skida Hanna (yüngül atletika, Ukrayna), Hayle Ibrahimov (atletika, Həbəşistan), Aleksandr Aleksandrov (avarçəkmə, Bolqarıstan), Boris Yotov (avarçəkmə, Bolqarıstan), Valentin Demyanenko (bir nəfərlik qayıq, Ukrayna), Yure Meqliç (avarçəkmə, Sloveniya), Inna Osipenko-Radomskaya (avarçəkmə, Ukrayna), Sabah Şəriəti (güləş, Iran), Saman Təhmasibi (güləş, Iran), Mariya Stadnik (güləş, Ukrayna), Anjela Doroqan (güləş, Moldova), Yuliya Ratkeviç (güləş, Belarus), Məhəmmədhacı Xatiev (güləş, Rusiya), Xetaq Qazyumov (güləş, Rusiya), Cəmaləddin Məhəmmədov (güləş, Rusiya), Marina Durunda (gimnastika, Ukrayna), Oleq Stepko (gimnastika, Ukrayna), Petro Paxnyuk (gimnastika, Ukrayna), Radik Isaev (taekvando, Rusiya), Milad Beiqi Harçeqani (taekvando, Iran), Patimat Abakarova (taekvando, Rusiya), Olqa Ismayılova (velosiped, Belarus), Maksim Şemberev (üzgüçülük, Ukrayna) Rostislav Pevstsov (triatlon, Ukrayna), Olqa Senyuk (oxatma, Ukrayna).
Əlbəttə, yerli idmançılarımızın uğurları da var və bu uğurlarla qismən vəziyyətdən çıxmaq olur. Amma təəssüf doğuran budur ki, yerli idmançılar ənənəvi növlərdə uğur qazana bilirlər. İqtisadiyyatımız neftdən asılı olduğu kimi, idmanımız da bir neçə növdə uğur qazana bilir.
İndi isə məlum olur ki, İslam Həmrəyli Oyunlarında da Azərbaycan yığması “rəngarəng” olacaq. Belə ki, siyahıda Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Bense Talas, Yu Xinhang, Ning Zhing, Yang Xinyu, Chen Xingtai, Wang Chenxi? Wang Miao digər əcnəbi adlar var. Azərbaycanı 335 idmançının təmsil edəcəyini nəzərə alsaq, siyahıda əcnəbi adların daha çox olacağını proqnozlaşdırmaq olar.

Saytların yığılması Saytlarin yigilmasi

Kimlərsə bizi irqi ayrıseçkilikdə, tolerant olmamaqda qınaya bilər. Amma görünən kəndə bələdçi lazım deyil. Idman sahəsinə bu qədər milyardlar xərclənibsə, niyə beynəlxalq yarışlarda Əliləri, Vəliləri, Əhmədləri, Məmmədləri görmürük? Hanı uğurlu idman siyasətinin ortaya çıxardığı milli idmançılar? Niyə bu illər ərzində bütün idman növləri üzrə yerli idmançılar yetişdirilməyib?
Xatırladaq ki, vitse-prezident Mehriban Əliyeva Gimnastika Federasiyasının, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general Vaqif Axundov Atıcılıq Federasiyasının, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov Qılıncoynatma Federasiyasının, AZAL-ın rəhbəri Cahangir Əsgərov Ağır Ateltika Federasiyasının, spiker Oqtay Əsədov Tennis Federasiyasının, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev AFFA-nın, Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ekstremal Idman Növləri Federasiyasının, Ziya Məmmədov Voleybol Federasiyasının, oğlu Anar Məmmədov Qolf Federasiyasının, vergilər naziri Fazil Məmmədov həm Otüstü Xokkey Federasiyasının, həm Güləş Federasiyasının, həm də Velosiped Idmanı Federasiyasının, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə həm Boks Federasiyasının, həm də Taekvondo Federasiyasının, təhsil naziri Mikayıl Cabbarov Badminton Federasiyasının prezidentidir.
Yəni, bu idman sahələrinin inkişafı, bu sahə üzrə idmançıların yetişdirilməsi bu şəxslərə tapşırılıb. Guya, bu şəxslərə idman sahələrinin həvalə edilməsi, həmin sahələrdə maddi ehtiyaclara son qoymalı, idmançılara geniş imkanlar yaratmalıydı. Amma göründüyü kimi bu adamlar öz sahələrini necə yarıdıblarsa, idman sahəsini də elə yarıdıblar. Bir daha bu qənaətə gəlirik ki, idman sahəsi də çirkli pulların yeyildiyi məkana çevrilib və məmurlar özlərini yetişdirməklə kifayətləniblər. Fakt budur ki, hökumətin öyündüyü idman sahəsi, əslində ən bərbad vəziyyətdə olan sahədir. Hətta idmanın real inkişafı üçün də qətiyyət, siyasi iradə çatmayıb. Kartofu xaricdən aldığımız kimi, idmançını da xaricdən alırıq.

Akif

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button