2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hökumətin ömürlük hakimiyyət ideologiyası

Hikmət NİKBİN

Azərbaycan bu nənəsi ölmüş hakimiyyətin gözündə bu gün də lider dövlət olaraq qalır. Bir vətəndaş kimi bu lider dövlətin ictimai-siyasi həyatına nəzər salsaq, iqtidarın Azərbaycan xalqına iqtisadi, siyasi, hüquqi və mənəvi baxımdan zülmünün şahidi olub görərik ki, həqiqətən də, Azərbaycan dövləti bütün ağırlığı ilə vətəndaşların kürəyindədir. Bir şəhər camaatı qədər əhalisi olan ölkənin bir-birini təkrarlayan 20 nazirliyinin, o cümlədən daha neçə Komitənin, Komissiyanın olması dediklərimin əyani sübutudur.

Bu gün kosmik sürət dünyasında XX əsrdən qalan dövlət aparatımızı öküz arabası ilə müqayisə etmək olar. Bilirik ki, hər bir iqtidarın ən ümidə vəzifəsi idarə etdiyi dövlətin ərazi bütövlüyünü toxunulmaz saxlamasıdır. Bu iqtidar isə 24 ildir buna nail ola bilmir. Hələ də iqtidarın DON KİXOT YUXULARI- lider dövlət sərsəmləmələri davam etməkdədir. Don Kixot atına, geydiyi sərkərdə libasına, əlindəki qılınca nə qədər əziyyət verirdisə, bu hakimiyyət də əyləşdiyi stula, əlindəki qələmə, cavabdehlik daşıdığı xalqına bir o qədər əziyyət verməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Deməli, ölkədəki iqtisadi, siyasi, hüquqi, mənəvi böhranı heç də dünyada gedən proseslərdə axtarmaq lazım deyil. Əslində, Azərbaycan xalqı bu iqtidarın düşüncə yoxluğundan, düşüncə böhranından əziyyət çəkir. Məsələn: Dünya bazarında neftin bir barelinin 55 dollara satılması iqtisadi üstünlüyümüz deyilmi ?! Hətta Azərbaycan üçün neftin 25 dollara düşməsi belə rentabellidir. Xalq təriflənənlərlə tərifləyənlərin arasında əzilməkdə, incidilməkdə. Tərifə aludəçilik nəticəsində təcavüzkar Ermənistan keçmiş DQMV torpaqlarımızı özününkü kimi dünyaya de-fakto tanıdıb. Artıq işğalçı dövlət Azərbaycanın ADI MƏNİM, İDARƏÇİLİYİ SƏNİN yalvarışlarına yox deyir. HAYlar keçmiş DQMV ərazisindən qıraqda işğal etdiyi yurdlarımızı özündə saxlamağın siyasi mübarizəsini aparır. Bu gün ölkə iqtidarının bomboşluğundan, primitivliyindən istifadə edənlər buna qismən nail də olub.

Hakimiyyətimiz APREL DÖYÜŞÜ ilə öyünür. Hər birimizə sirr deyil ki, aprel savaşını Rusiya başlamış, Rusiya da bitirmişdir. Bu müharibə xalqımız üçün, dövlətimiz üçün gözlənilməz olduğu kimi, kiçicik uğurlarımız da gözlənilməz oldu. Bunu Rusiyanın bizə tərəfliliyi kimi, illər ərzindəki haqsızlığının peşmançılığı kimi qəbul edən iqtidar bundan vəcdə gələrək dünyaya hesablanmamış, əleyhimizə işləyən ehtiyatsız bəyanatlar verdi. Ermənistanın da düşünülmüş ah-vayı, zarıltısı bizi təcavüzə məruz qalan ölkədən bu münaqişəni sülh yolu ilə həll etmək istəməyən ölkəyə çevirdi. Ermənistan isə təcavüz edən ölkədən Azərbaycanın təpiklədiyi, döydüyü dövlətə çevrildi. Əslində, Ermənistanı döyən elə Rusiyanın özü idi. Avropa Sarksyanın göz yaşları içində BİZİ AZƏRBAYCANLILARDAN QORUYUN sızıltısına özünü inanmış kimi göstərir. Bu da Rusiyanın Azərbaycan xalqının başına gətirdiyi APREL PİSLİYİ.

Ermənistanın torpaqlarımız hesabına böyümək, genişlənmək istəyinin arxasında bu gün də Rusiya durur. Rusiya Ermənistanın iştah açan həbidir. Onu bu həbdən məhrum etmək lazımdır. Bilirsiniz necə ? Təbii ki, çevik, fəal, düşüncəsinin boyu ilə dünyanı görə bilən, sürətli beyin sahibləri ilə ! Ancaq nə qədər ki, Azərbaycanda vəzifə, kürsü, stul rəngbərənglik üçün, maraqlı həyat üçün lazım olacaq nə qədər ki, ÖMÜRLÜK HAKİMİYYƏT İDEOLOGİYASI davam edəcək bir o qədər də xalq adından yıxılacaq, xoşbəxtliyindən məhrum olacaq !

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button