2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hollandiyada azərbaycanlılar arasında dava düşüb, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlanıb

Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.

Hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatına gəldikdə, toy mərasimində qonaq kimi iştirak edən P.Məmmədovun stoluna restoranın ofisiantı kabab gətirib. P.Məmmədov kababın yaxşı bişmədiyini və yandığını deyərək ofisiantla mübahisə edib. Restoranın məsul şəxlərindən biri, hələlik adı açıqlanmayan azərbaycanlı P.Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 5 bıçaq zərbəsi vurub.

Onu bıçaqlayan şəxs saxlanılıb.

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub. (Report)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button