2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hollivud ulduzları Trampa qarşı: “O, “Taxt Oyunları” serialında…”

ABŞ-ın yeni prezidenti Donald Tramp aktrisa Meril Stripin “Qızıl Qlobus” mükafatının verilməsinin 74-cü mərasimində səsləndirdiyi ittihamlara cavab verib.


24saat.org xəbər verir ki, Tramp mərasimdə onu tənqid edənləri “kino aləminin liberalları” adlandırıb və tənqidlərdən təəccüblənmədiyini bildirib.

“Meril Strip Hillari Klintonu dəstəkləyirdi. Həmçinin, oradakı insanların bir çoxu Klintona dəstək verirdi”, – deyə o bildirib və əlavə edib ki, M.Stripin nitqinə qulaq asmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, yanvarın 8-də Los-Ancelesdə keçirilən “Qızıl Qlobus” mükafatının verilməsi mərasimində M.Strip Trampı sərt tənqid edib. Xatırladıb ki, Donald Tramp əlil jurnalist olan Serj Kovaleskini lağa qoyub.

“Əlil jurnalisti lağa qoyan bir insanın ölkənin əsas postunu tutması qəbuledilməzdir”, – deyə o bildirib.

Amerikalı komediyaçı Cimmi Fellon isə Trampı “Taxt oyunları” serialında Coffri Barateonom obrazı ilə müqayisə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button