2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hüseyn Abdullayevi yeni həbs gözləyir

Keçmiş deputat və sahibkar Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalmış ona qarşı yeni ittiham irəli sürülüb.

İndi o, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci mad.) ittiham olunur.

Martın 4-də Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Saytların yığılması Saytlarin yigilmasi

Abdullayev əvvəlki ittihamlar kimi, yeni ittihamları da təkzib edir, bu barədə Turan-a onun vəkili Rəsul Cəfərov bildirib. Vəkil istintaqın artıq araşdırdığı dövr üçün Abdullayevə qarşı ittiham irəli sürülməsini əsassız hesab edir.

Xüsusən, Abdullayev 2006-cı ildən 2014-cü ilə qədərki dövrdə 6 mln. manatın yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci ildəki fəaliyyətini araşdırıb.

Hüquqşünas həmçinin artıq həbsdə olan şəxsin həbsi barədə qərar verilməsinə diqqət çəkib.

Yeni maddə ilə Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

* Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. Onun əlaltıları müxalifətin etirazlarının dağıdılmasında iştirak ediblər.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin iclasında deputat Fəzail Ağamalı Abdullayevi davaya təhrik edib. Amma təkcə Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib,  sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə  Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.

2018-ci il aprelin 22-də  Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

Bundan sonra 6 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button