2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Həzrət Abbasa and olsun ki, mənim və övladlarımın obyekti yoxdur…”

Bakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində, yaşayış evlərinin arasında fəaliyyət göstərən və havaya hər gün təhlükəli tullantılar buraxan kustar metaləritmə sexinin Milli Məclisin üzvü Aqil Abbasa, yaxud övladlarından birinə məxsus olduğu deyilir.

24saat.org xəbər verir ki, bu barədə həmin sexin fəaliyyəti barədə virtualaz.org-un reportyor qrupunun reportajından sonra yerli sakinlər tərəfindən redaksiyaya məlumat verilib.Məsələ ilə bağlı Aqil Abbasın özünə zəng vurduq və bu iddiaya münasibətini soruşulub:

“Həzrət Abbasa and olsun mənim, ailə üzvlərimin, övladlarımın hansısa obyekti, hətta köşkü belə yoxdur” – Aqil Abbas sualı dinləyib belə dedi.

Deputat əlavə etdi ki, hansısa yaxını, qohumu onun adından istifadə edə bilməz: “Basıb onların gözün çıxararam, mən heç bir yaxınıma, qohumuma adımdan istifadə etməsinə icazə vermirəm. Sosial şəbəkədə haqqımda mənfi fikirlər bildirirlər. Mənim yalnız bir qələmim var, onu mənə bəxş edən Allaha şükürlər olsun”. (Virtualaz.org)

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org yada salır ki, bir neçə gün öncə Aqil Abbasın yaşadığı evin yaxınlığında marketi olması barədə də məlumat  yayılıb. Belə ki, o, Gürcüstanda olduğu kimi vətəndaşların kredit borclarının bağışlanmasının Azərbaycanda mümkün olub-olmadığı ilə bağlı Azadlıq radiosunun sualını cavablandırarkən deyib: “Düzdür, mənim banka borcum yoxdur. Evimizin qabağındakı dükana 300 manat borcum var. Amma istərdim ki, Azərbaycan da belə bir addım atsın”.

2

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button