2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İ.Əliyev BP-nin baş direktoru ilə gələcək əməkdaşlıq məsələlərini müzakirə edib

Martın 13-də İlham Əliyev BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib, bu barədə Azərbaycan prezidentinin saytında məlumat yerləşdirilib.

Prezident İlham Əliyev uzun illər ərzində Azərbaycanın BP ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini dedi. Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin önəmini vurğulayaraq, həmin dövrdən başlayaraq Azərbaycan ilə BP arasında strateji tərəfdaşlığın həyata keçirildiyini qeyd edib. O, Azərbaycanda enerji resurslarının istehsalından əldə olunan gəlirlərin iqtisadi, sosial və bütün digər sahələrin inkişafına səmərəli surətdə yönəldildiyini bildirib.

Görüşdə Azərbaycanla əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunulub, yeni dövrdə ölkənin karbohidrogen enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin potensialı qeyd edilib, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bu il BP şirkəti tərəfindən bu istiqamətdə layihənin həyata keçiriləcəyi vurğulanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Söhbət zamanı BP ilə SOCAR arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button