Loading...
Loading...
Xəbərlər

“İçməli su balıq göllərinə axıdılır, özümüz isə pulla alırıq”

Neftçala sakinləri susuzluqdan gileylənir

Neftçalanın Xıllı kəndinin sakinləri içməli suya həsrət qalıb. Kənd sakinləri -yə danışırlar ki, Kürün suyu şorlaşandan sonra kənddə vəziyyət daha da dözülməz olub:

“İçməli su kəndlərimizə Salyanın Şorsulu kəndindən gətirilir, maşınına 45-50 manat ödəyirik, nəzərə alsaq ki, yayda suya tələbat daha çoxdur, demək ki, xərcimiz daha çox çıxır. Rayon rəhbərliyi əhalinin su təminatıyla maraqlanmır. Çünki əhalidəki problemlər onlarda yoxdur. Bircə saat susuz qalsalar, əhali nə zülm çəkir, bəlkə anlayarlar…”

“Gözləri doymur”

Sakinlər deyir, problem ondadır ki, əkin sahələrinə su veriləndə nasoslar məşğul olur deyə, içməli suyun verilişi dayandırılır. Növbə içməli su verilişinə çatanda isə onu süni balıq gölməçələrinə axıdırlar:

“Kürün suyu əkin sahələrinə axıdılır, bildiyiniz kimi, indi Xəzərin suyu Kürə axır deyə, Kür də şoranlaşıb. Bir azdan Neftçalada əkinə yararlı torpaq qalmayacaq, çünki torpaqlar sürətlə şoranlaşır, bu, başqa söhbətin mövzusudur. Ancaq bu məmurlar nasosları bütün günü öz sahələrinə su vurmaqla məşğul edir, pambıq sahələri suvarılır. Həftədə bir dəfə nasos içməli su üçün işlədilir, o su da balıq göllərinə verilir. O balıq göllərinin sahiblərinin gözləri doymur, düşünmürlər ki, əhali də susuzdur, insan su ilə qqidalanır, hər iş sudan keçir. Gedirlər lazım olan yerlərə “hörmət”ini edirlər, rüşvətini verirlər, suyu yönləndirirlər öz balıq göllərinə, əhali qalır susuz… Kimin maşını varsa, özü gedib suyu Salyanın Şorsulu kəndindən gətirir, kimin belə imkanı yoxdursa, məcburdur ki, həmin kənddən gələn su maşınından alsın suyu…”


24 saat” ““İçməli su balıq göllərinə axıdılır, özümüz isə pulla alırıq”” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button