2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimi

Laçın və Yardımlıya İcra Başçısı təyin olunmamasının şok səbəbi – RAMİZ MEHDİYEV MANE OLUR

Bu günə qədər icra başçılarının təyinatında prezident yanında yekun sözün sahibi məhz Ramiz Mehdiyev olub

Məlum olduğu kimi, Prezident İlham Əliyevin mart ayının əvvəllərində imzaladığı sərəncamlarla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev, Laçının icra başçısı Akif Səlimov, Salyanın icra başçısı Tahir Kərimov və Yardımlı icra başçısı Sevindik Hətəmov vəzifələrindən azad edildilər.

Bundan sonra Yardımlı rayonunun sabiq icra başçısı Sevindik Hətəmov Salyana təyinat aldı. Bir neçə gün bundan öncə isə prezidentin növbəti sərəncamı ilə Kamal İltifat oğlu Həsənov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Amma iki rayona (Laçın və Yardımlı –red) hələ də icra başçısı təyinatı gerçəkləşməyib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org xatırladır ki, adıçəkilən rayonların icra başçıları mart ayının əvvəlində tutduqları vəzifədən azad ediliblər. Amma ayyarımdan çoxdur ki, rayonlara icra başçısı təyin olunmur. Qeyd edək ki, bu hal Azərbaycan hakimiyyətinin idarəçiliyində yenilikdir və bu günə qədər boş qalan icra başçısı postlarına təyinatın bu qədər yubanmasının şahidi olmamışdıq. Maraqlıdır, görəsən bunun səbəbləri nədir?

24saat.org-un dəqiqləşdirdiyi məlumata görə belə bir sitiuasiyanın yaranması hakimiyyətdaxili ziddiyyətlərlə bağlıdır. Belə ki, hakimiyyət daxilində kifayət qədər güclənmiş Paşayevlər klanı indi icra başçılarının təyinatı məsələsindən də pay almaq istəyini ortaya qoyub və bu da onların Mehdiyevlə növbəti qarşıdurmasına gətirib çıxardıb.

Bildirək ki, bu günə qədər icra başçılarının təyinatında prezident yanında yekun sözün sahibi məhz Ramiz Mehdiyev olub. İndi Paşayevlərin bəzi rayonlara öz kadrlarını yerləşdirmək istəyi tərəflər arasında “atəşkəs”in pozulması ilə yanaşı, həm də təyinatların yubanmasına səbəb olub.

24saat.org bildirir ki, qarşı tərəfin bütün etirazlarına rəğmən Paşayevlər artıq Cəbrayıl rayonuna öz kadrlarını təyin etməyi bacarıb. Belə ki, Cəbrayıl RİH-nin yeni rəhbəri Kamal Həsənov məhz Paşayevlərin “xeyir-duası” ilə bu kürsüyə gətirilib. Qeyd edək ki, o, Sovet dövründə Komsomol katibi vəzifəsində çalışıb, son iş yeri isə Mərkəzi Bankda lisenziyalaşdırma şöbəsinin rəisi vəzifəsi olub.

Daxil olan məlumatlarda iddia olunur ki, Paşayevlərin növbəti hədəfi hələ də icra başçısız qalan Laçın rayonudr. Məlumat üçün bildirək ki, Akif Səlimov vəzifədən uzaqlaşdırıldıqdan dərhal sonra onun səlahiyyətlərini Aqil Nəzərli həyata keçirdi. Akif Səlimovun vaxtında müavin işləyən, lakin üst-üstə 4-5 dəfə Laçın Obalarına gəlməmiş müavinin birdən birə ulduzunun parlaması və səlahiyyətlərin icraçısı kimi fəaliyyətə başlaması kifayət qədər müəmmalı məsələydi. Amma zaman içində məlum oldu ki, Nəzərli heç də səbəbsiz yerə bu etimada layiq olmayıb. Belə ki, Aqil Nəzərli Sumqayıtın icra başçısı Zakir Fərəcovun ən yaxın adamlarından biri və yaxın qohumdur. Zakir Fərəcov hakimiyyətin üst qatındakı havadarlarının yardımı ilə qohumunu Laçına icra başçısı təyin etdirməklə bu rayona da nəzarəti ələ keçirmək istəyir. Amma bu məsələnin reallaşması indi inandırıcı görünmür. Nəzərlinin Laçın İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra etdiyi zamanda onun haqqında mediada yayılan xəbərlər, xüsusilə onun fərari olması haqda iddialar əvəzedicinin rəsmən başçı təyin olunmasına ciddi əngəllər yaratdı. Beləliklə də Z.Fərəcovun “Laçın projesi”nin uğuru şübhə altına düşdü.

24saat.org bildirir ki, Paşayevlərin Laçın rayonunun yeni rəhbəri kimi görmək istədiyi namizəd var. Bu Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovdur. Bildirək ki, 42 yaşı olan V.Qədirov hakimiyyətin QHT sektorunda fəal gənclərindən sayılır. 2010-cu ildən Qarabağ- Qeyri Hökumət Təşkilatları (Qarabağ QHT Koalisiyası ) Koalisiyasının koordinatoru, Üçüncü Sektor Mərkəzinin rəhbəri, Yeni Azərbaycan Partiyasının üzvü olan V.Qədirovun iqtidar düşərgəsində Paşayevlərin kadrı olması heç kəsdə şübhə doğurmur.

Onun icra başçısı olub-olmamasını isə Paşayevlərlə Mehdiyevin son döyüşünün nəticəsi müəyyən edəcək.

Orxan

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button