2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

İcra başçısı Qarabağ veteranın əmlakını ələ keçirmək istəyir

Qəbələ şəhəri, Xalid Qasımov küçəsi, 10 saylı ünvanda yaşayan Qarabağ veteranı Nizami Əliyev ölkə başçısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova, Ombudsman Elmira Süleymanovaya, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, prezident yanında Apellyasiya Şurasının sədri Eldar Huriyevə və İsmayıllı Rayon Məhkəməsinin hakimi Azad Əliyevə müraciət edib. O, müraciətin bir surətini də 24saat.org-a göndərib. Qarabağ veteranının şikayəti Qəbələnin icra başçısı Səbuhi Abdullayev və rayon prokuroru Məqsəd Orucovdandır. Nizami Əliyev yazır: “Cənab prezident, mən heç bir partiyanın üzvü deyiləm. Müraciətimi hansı dövlət qəzeti dərc edərsə məmuniyyətlə həmin nəşrin redaksiyasına gedib dərdimi deyərəm. Təəssüf ki, “Azərbaycan” qəzetinə müraciət etsəm də, dərc olunmadı. Heç bunun səbəbi barədə də mənə izahat verilmədi.
Cənab prezident, sizə müraciətimin sayı bəlkə də 30-a da yaxındır. Şikayətim Qəbələnin icra başçısı Səbuhi Abdullayev və onun xalası oğlu olan rayon prokuroru Məqsəd Orucovdandır. Maraqlıdır ki, hər dəfə bu şəxslərdən şikayət edəndə cavad icra hakimiyyətindən gəlir. Hədənsə digər qurumlar, o cümlədən Baş Prokurorluq susur.
Baş Prokurorluq mənim şəxsimdə qanunlara hörmətsizlik edir. Məsələn, niyə məndən soruşmurlar ki, Qəbələnin prokuroru nə edib? Bu susqunluq yalnız qanunlara deyil, vətəndaş hüquqlarına, vətəndaşlara hörmətsizlikdir!
Mənim 2 ali təhsilim var, bu dövlətə xidmətə etmişəm. Qarabağ uğrunda döyüşlərin iştirakçısıyam. Bu gün döyüş gedən Seysulanda, Madagizdə vuruşmuşam.
Bu gün şəhid olanların ailələrinə, uşaqlarına da gələcəkdə mənə edilən hörmətsizliyi edəcəklər?! Onların da əmlaklarını ələ keçirəcəklər?! Bunları düşünəndə adamı dəhşət bürüyür.
Cənab prezident, 300 kv.metr torpaq sahəsi nə böyük ərazidir ki, icra başçısı Səbuhi Abdullayevlə xalası oğlu Məqsəd Orucov onu məndən almaq üçün başıma müsibətlər gətirirlər? Torpaq sahəsinə mülkiyyət hüququmu təsdiq edən sənədi ləğv etdirmək üçün qeydiyyat kitabını, bələdiyyənin iclas protokolunu dəyişdirib, saxtakarlıq edib, arxivləri yandırırlar. Bundan böyük cinayət ola bilərmi?
Bunları savadsız, tüfeyli biri etsəydi, dərd yarıydı. Amma təəssüf ki, bunu edənlər Qəbələnin səlahiyyətli şəxsləridir.
Cənab prezident, Səbuhi Abdullayev mənə məxsus torpağı əlimdən almaq üçün ədliyyə naziri Fikrət Məmmədovla qohumluğundan istifadə edir. Amma səhv edir. Çünki Fikrət müəllimə bu qanunsuzluğa don geyindirərsə, bu, onun karyerasının silinməz ləkə olacaq”.
Qarabağ veteranı daha sonra bildirir ki, 4 ildir onu məhkəmələrdə süründürürlər. Qanunsuz iş tutduqlarına görə, gah hakimləri, gah vəkillərini, gah da ümumiyyətlə məhkəməni dəyişirlər: “Cənab prezident, Səbuhi Abdullayev düşünürmü ki, bu kiçik ərazini Fikrət müəllimlə qohumuluğundan istifadə etməklə mənim əlimdən almaq istəməsi bütün ədliyyə sisteminə, qanunlara zərbədir.
Mən haqsız idimsə, nə üçün Qəbələ Rayon Məhkəməsində qarşı tərəfin xeyrinə qərar qəbul edilmədi? İşi İsmayıllı rayon Məhkəməsinə göndərdilər. İndi də İsmayıllı məhkəməsinin hakimini ağsaqqal yaşında bəlaya salıblar. Mən hələ 4 il əvvəl demişəm ki, mənə başqa yerdən ərazi verilsə etiraz etmərəm. Amma onlar bu təklifin əvəzində məni Qəbələ, Şəki, Bakı, yenidən Qəbələ və nəhayət İsmayıllı məhkəmələrinə göndərirlər. Ortada 3 məhkəmə qətnaməsi var, amma yenə də əl çəkmirlər. Bunlarınki sadəcə zorakılıqdır!
Cənab prezident, inanıram ki, bu biabırçılığa son qoyulmasına göstəriş verəcəksiniz”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button