2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İD “iki il ərzində 50,000 döyüşçü itirib”

ABŞ-ın başda olduğu koalisiyanın iki il əvvəl İraq və Suriyada əməliyyatlara başlamasından bəri İslam Dövləti (İD) adlandırılan qruplaşma ən azı 50,000 döyüşçüsünü itirib, ABŞ hərbi rəsmisi deyib.

Yüksək rütbəli rəsmi, rəqəmi “ehtiyatlı hesablama” adlandırıb.

Rəsmi deyib ki, itkilərin sayı, koalisiyanın hava quvvələrinin və yerli hərbçiləri dəstəkləyən az sayda ABŞ əsgərlərinin böyük təsirini nümayiş etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin ABŞ dəfələrlə deyib ki, İD itirdiyi döyüşçüləri sürətlə əvəz etməyə qadirdir.

Kampaniya İD-ə zərər vurmağa başlayıb, rəsmi qeyd edib.

“Mən ölümlərin ayına sevinmirəm, lakin düşmənə təsir edəcək bu həcmdə itkilər əhəmiyyətlidir.”

Mosulda İD döyüşçüləri şübhə altında olan şəxslər (08 dekabr 2016)
İD döyüşçüləri

ABŞ adətən qarşı tərəfin itkiləri barədə rəqəmləri yaymaqdan çəkinir.

Lakin 1 avqustda general-leytenant Sean MacFarland AP xəbər agentliyinə o vaxta gədər 45,000 düşmən döyüşçüsünün həlak olduğunu deyib.

Fevral ayında, ABŞ kəşfiyyat hesablamalarına istinadən, Ağ Evin Mətbuat Katibi Josh Earnest, İD-in Süriyə və İraq-da təxminən 25,000 döyüşçüsünün vuruşduğunu deyib.

2014-cü ildə genişlənməsinin maksimal həddindən sonra, İD çox ərazi itirib, və indi Rusiya, Türkiyə, İraq, Suriya, Kürd qüvvələri və həmçinin ABŞ və Böyük Britaniya hava quvvətlərinin həmlələrinə məruz qalır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button