2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘İdeal’ın keçmiş sahibi məhkəmədə deyib ki… 

Bu gün, mayın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun işi ilə bağlı hazırlıq iclası olub.

“Mən “İdeal” mağazalar şəbəkəsini 1999-cu ildə təsis etmişəm və indi məni öz şirkətimdən mənimsəmədə ittiham etmək məntiqsizdir. Əgər mən, şirkətin təsisçisi mənimsəməkdə ittiham olunaraq burada otururamsa onda digər təsisçilər də burada oturmalıdır” – deyə o vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında İsmayılovun vəkilləri bir neçə vəsatətlə çıxış ediblər.

Müdafiəçilər onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, həbsdən azad edilməsi, məhkəmə iclaslarının audioyazı ilə aparılması, audioyazıların məhkəmə protokoluna əlavə edilməsi, barəsində 2017-ci ildə başlanmış və xitam verilmiş cinayət işi materiallarının alınması barədə vəsatət veriblər.

Vəkil İlhamə Həsənova bildirib ki, İsmayılov 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir, lakin o, həmin dövrdə şirkətin xəzinəsinə təqribən 10 milyon manata yaxın vəsait mədaxil edib.

“Xahiş edirəm, həmin mədaxil qəbzlərininin sübutlar siyahısına daxil edilərək mühasibatlıq ekspertizası keçirilməsini təmin edəsiniz”, – deyə o qeyd edib.

Lakin məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmənin baxış iclası iyunun 7-nə təyin edilib.

Xatırlatma

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov bu ilin aprelində həbs olunub.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (ağır nəticələrə səbəb olan vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.

Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

O özünü təqsirli bilmir.

24 saat” “‘İdeal’ın keçmiş sahibi məhkəmədə deyib ki… ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button