2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

"III Respublika" Platforması jurnalistlərin və fəalların son həbslərini pisləyib

Martın 6 və 7-də “Toplum”TV-nin əməkdaşları və təsisçisinin, həmçinin “III Respublika” Platformasının üzvlərinin həbsi Azərbaycanda sivil toplum müqavimətini tam məhv etməyə yönəlib, qaçaqmalçılıq ittihamı ilə həbslər də məhz buna hesablanıb, “III Respublika” Platformasının son həbslərlə bağlı bəyanatında bildirilir. 

“Həmin pulların elə axtaranlar tərəfindən qoyulduğuna şübhə etməməklə yanaşı, onu da bildirmək istəyirik ki, evdə xarici valyuta saxlamaq cinayət təqibi üçün, xüsusən də “qaçaqmalçılıq” ittihamı üçün əsas ola bilməz. Şübhə yoxdur ki, baş verənlər Azərbaycanda sivil toplumun müqavimətini tam məhv etməyə yönəlib.

Həbslərdən dərhal sonra “Toplum” TV-nin Youtube və İnstagram hesablarının ələ keçirilərək videoların silinməsi də sübut edir ki, repressiyaların səbəbi heç də qaçaqmalçılıq deyil.

Saytların yığılması Saytlarin yigilmasi

“III Respublika” Platforması bildirir ki, son repressiya dalğasının əsas hədəflərindən biri də onların platformasıdır

Rejim özünü ən güclü hesab etdiyi bir dönəmdə yeni bir müxalif təşkilatın yaranması və ortaya olduqca mütərəqqi hədəflər qoyması cəmiyyətdə ümid yaratdı. Bu da rejimin məqsədləri və cəmiyyəti sürüdüyü istiqamətlə tam əkslik təşkil edir. “III Respublika” Platforması jurnalistikanın və siyasi fəaliyyətin cinayət olmadığını, birləşmək, söz və ifadə azadlığının ölkə konstitusiyasında və Azərbaycan Respublikasının imzaladığı beynəlxalq konvensiyalarda təsbit olunduğunu bildirir, son günlər baş verənləri qanunsuz repressiya aktı kimi qiymətləndirir”, – bəyanatda deyilir.

“III Respublika” Platforması cəmiyyəti baş verənlərə və öz taleyinə biganə qalmamağa çağırıb.

Həmçinin beynəlxalq birliyi Azərbaycanda baş alıb gedən qanunsuzluqlara, insan hüquq və azadlıqlarının tapdanmasına əməli reaksiya verməyə çağırıb.

Xatırladaq ki, martın 6-da xarici valyuta qaçaqmalçılığında ittiham edilən 9 fəal və jurnalist saxlanılıb. “III Respublika” platformasının üzvləri  Akif Qurbanov və Ruslan İzzətli daxil olmaqla, 7 nəfər 4 ay müddətinə həbs edilib. Daha iki nəfər polisin nəzarətinə verilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button