Loading...
Loading...
SEÇMƏ

İki kino ittifaqının birləşdirilməsi təklif olunur

Sədr jurnalistlərə açıqlamasında bildirib ki, dünyanın heç bir ölkəsində iki kino ittifaqı fəaliyyət göstərmir: “Başqa bir kino ittifaqının yaradılması yersiz bir hərəkət idi. Bu ittifaqlar nə vaxtsa birləşməlidir. Bir ölkədə iki ayrı kino ittifaqının olması düzgün deyil. Bu yalnız kinonun inkişafına mane olur, ləngidir”.

AKİ 1963-cü ildə təsis edilib. 1981-ci ildən ittifaqa Xalq artisti, kinodramaturq Rüstəm İbrahimbəyov rəhbərlik edib.

2000-ci illərdə Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən dolayı ölkəni tərk etməsindən bir müdət sonra AKİ-nin fəaliyyətində durğunluq yaranıb.

AKİ-yə alternativ olaraq 2012-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) yaradılıb.

ARKİ-yə Xalq artisti, professor Şəfiqə Məmmədova rəhbərlik edir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeganə legitim qurumdur. Bu, dövlət tərəfindən verilən sərəncamlarda da öz əksini tapır. Legitim ittifaqla birləşib, birgə təşkilat kimi fəaliyyət göstərmək olar”, – bunu ARKİ-nin mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Meydan TV-yə məsələyə münasibət bildirərkən deyib.

Xalq artisti, kinoaktyor Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.

Qərar mayın 31-də AKİ-nin idarə heyətinin və üzvlərinin ümumi iclasında verilib.

Konfrans iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.

İttifaqın sədri, Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyov 2022-ci il martın 11-də uzun sürən xəstəlikdən vəfat edib.

Meydan TV

Gözdən qaçırmayın:  Həbs edilən keçmiş mühacirlərin ailələri Almaniya səfirliyi qarşısında etiraz edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button