2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İki rayona yeni polis rəisi təyin edildi

Azərbaycanın daha iki rayonuna yeni polis rəisləri təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Beyləqan rayon Polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev vəzifəsindən azad olunaraq İmişli rayon Polis şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vüqar Əliyev Oğuz rayon Polis şöbəsinin rəisi təyin olunub. (Report)

24saat.org xatırladır ki, bundan əvvəl nazir polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlunun Goranboy, polis polkovniki Ayaz Cəfərovun isə Lerik Rayon Polis Şöbəsinə rəis təyin edilməsi barədə əmr imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button