Loading...
Loading...
SEÇMƏ

İkinci mənzil alanlar üçün ipoteka qaydaları sərtləşdirilir

Yayımlandı: 11 Avqust 2022 16:27

İqtisadçı: “Qərarın insanlara mənfi təsiri olacağını düşünmürəm”

Mənzili olanlar üçün ipoteka almaq qaydaları sərtləşdirilir.

Bu barədə İctimai Televiziya məlumat yayıb.

Bildirilib ki, evi olan şəxslər daha çox ilkin ödəniş etməli olacaqlar:

“Yeni qaydaya görə, mənzil sahibi olan vətəndaşlar ipoteka ilə almaq istədikləri evin dəyərinin ən azı 30 faizini ilkin ödəniş kimi ödəməlidirlər”.

“Yeni qaydalar Mərkəzi Bankın kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərində təsbit olunub”,-deyə qeyd edilib.

İqtisadçı Fərid Mehralızadə iki cür ipoteka krediti olduğunu xatırladaraq əlavə edib ki, birincisini Dövlət İpoteka Fondunun xətti ilə verirlərsə, ikincini banklar öz daxili resursları hesabına ayırır.

Fərid Mehralızadənin şəxsi arxivindən

Fərid Mehralızadə yeni qərarın bankların daxili resursları ilə bağlı olduğunu bildirib:

“Əslində, qərar mənfi yox, müsbətdir. Çünki ikinci dəfə almaq istəyənlər banklara üz tutacaqlar. Bankların da kredit resursları sonsuz deyil. Ona görə qərarın insanlara mənfi təsiri olacağını düşünmürəm. İlk dəfə ev sahibi olmaq istəyənlər isə daha rahat şəkildə kredit ala biləcəklər”.

Toğrul Maşallı
Foto: Toğrul Maşallının şəxsi arxivindən

İqtisadçı Toğrul Maşallı təəssüflənib ki, yeni qaydalar haqda əhatəli məlumat yayılmadığından məsələnin detallarından bilgili deyil:

“Yayılan xəbərdən görünən odur ki, əsas ev sahibi olanlar ilkin ödəniş etməli olacaqlar. Əslində, bu, texniki tələbdir və o deməkdir ki, kimin daha çox pulu var, ödəsin, nəticədə daxili risklər aradan qalxsın”.

Meydan TV

Gözdən qaçırmayın:  Prezident Administrasiyasının işçisi Gədəbəyə icra başçısı göndərildi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button