24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Bakı/13.01.22 Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elə bu gün Əliyev və şahzadə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.

Xatırladaq ki, Azərbaycan Energetika Nazirliyi 2020-ci il yanvarın 9-da Bakıda Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi haqqında icra müqaviləsi imzalayıb.

Layihə çərçivəsində Abşeron və Xızı rayonlarında hər bir 6 MVt gücündə 40 turbin quraşdırılacaq. Layihənin dəyəri 300 mln. dollar təşkil edir. Bu investisiyanı ACWA Power yatıracaq.

Stansiyanın tikintisinin iki il çəkəcəyi ehtimal olunur.

Elektrik stansiyasının illik gücü 1 mlrd. kVt/saat elektrik enerjisi təşkil edəcək. Bu zaman külək enerjisindən istifadə sayəsində 220 milyon kubmetr qaza qəanət etmək mümkün olacaq. -06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button