Loading...
Loading...
Xəbərlər

İlham Əliyevin İranla əməkdaşlığın prioritetləri haqqında dedikləri

Bakı/25.01.22 Zəngəzur dəhlizinin tikintisi işləri uğurla davam edir, bu barədə prezident İlham Əliyev çərşənbə axşamı İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bildirib.

Əliyev qeyd edib ki, Vətən müharibəsindən sonra (İkinci Qarabağ müharibəsi) regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranıb. “Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək”, deyə Əliyev bildirib.

O, İran şirkətlərinin azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda fəal işə başlayacağına əmin olduğunu bildirib. “iqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik”, deyə o qeyd edib.

Dövlət başçısı bildirib ki, 10 min kvadratkilometrdən böyük olan ərazidə quruculuq işləri gedir. “Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir. Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır”, deyə o qeyd edib. 

Görüşdə əməkdaşlıq prioritetləri arasında Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin SES-in və Astaraçay çayı üzərindən körpünün inşa edilməsi qeyd edilib.

İran naziri öz növbəsində bildirib ki, yanvarın 24-də azad edilmiş rayonlara səfər edib və tikinti və bərpa işlərinin gedişatı ilə tanış olub.

Onun sözlərinə görə, Tehran bütün qonşu ölkələrlə, xüsusən Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. -06D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button