2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“İlham Əliyev hökuməti addım-addım sanksiyalara doğru gəlirdi” VİDEO

“Bu sanksiyaların qəbul edilməsini, aktuallaşmasını əsasən İlham Əliyev və onun hakimiyyəti təşkil etdi. Bunlar əvvəlki bəyanatlara, çağırışlara fikir vermədilər. Əksinə, onların ziddinə olaraq insan haqlarını daha kobud surətdə pozmaqda davam etdilər, daha artıq və daha absurd həbslər həyata keçirməyə başladılar,” Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Amerikanın Səsinə müsahibədə deyir.

O, bu fikri ABŞ Konqersində insan haqlarını pozan Azərbaycan rəsmilərinə sanksiyalar tətbiq edilməsi təklifi barədə sualı cavablandırarkən səsləndirib. Konqresmenlər Kris Smit (Respublikaçı, Nyu Cersi ştatı) və Cim MakQovernin təqdim etdikləri (Demokrat, Massaçusets ştatı) qətnamədə ABŞ hökümətinin Azərbaycan höküməti ilə əməkdaşlıq etdiyi zaman insan hüquqları və fundamental azadlıqların prioritetləşdirilməsi, o cümlədən Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktına əsasən insan hüquqları pozuntularına yol verən rəsmilərin cəzalandırılması təklif edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Yaqublunun sözlərinə görə, Azərbaycan hökuməti uzun illər beynəlxalq təşkilatların və dövlətlərin ölkədə pisləşən insan haqları durumu haqda bəyanatlarını qulaqardına vurub.

“Əminəm ki, Azərbaycan hökuməti doğrudan da insan haqlarına hörmət etməsə, geri addımlar atmasa, günahsız adamları həbsdən azad etməsə və islahatlar aparmasa, bu sanksiyaların Konqresdə qəbul edilməsi qaçılmaz olacaq,” o deyir.

Sanksiyalar ideyasına görə məsuliyyətin başlıca olaraq İlham Əliyev hakimiyyətinin üzərində düşdüyünü vurğulayan Tofiq Yaqublu bu ölçülərin araxasında hakimiyyət dairələrinin tez-tez iddia etidkləri kimi “ermənipərəst” qüvvələrin dayanması fikrini rədd edir. Onun sözlərinə görə, Azərbaycanı bir dövlət olaraq geri salan və ona düşmən kəsilənlər məhz cəmiyyətin demokratikləşməsinin qarşısını alan qüvvələrdir.

“İnsanları Ermənistan rəhbərliyi tutur? Tutaq ki, Əfqan Muxtarlını Tiflisdən Sarkisyan oğurlatdırıb gətirib? Mehman Əliyevin həbsinə kim qərar veribdir?”

ABŞ-da olduğu müddətdə müxtəlif səviyyədə rəsmilərlə görüşdüyünü, ölkədəki siyasi durum haqda geniş müzakirələr apardığını qeyd edən Müsavat başqanı müavini amerikalı dövlət rəsmilərinin Azərbaycan haqda kifayət qədər bilikli olduqları qənaətinə gəldiyini söyləyir.

“Mən bu görüşlərimdə bir nəfər də olsun məmur görmədim ki, Azərbaycandakı situasiya haqda naşı danışsın. Hər şeyi bilirlər. Elə detallardan suallar verirlər…”

Daha sonra müsahibədə Amerika haqda ümumi təəssüratlarını paylaşan Tofiq Yaqublu Birləşmiş Ştatları “aşağı-yuxarı təxmin etdiyi kimi” gördüyünü söyləyir. Azərbaycanla bağlı planlara gəldikdə isə Müsavat təmsilçisi ölkəyə qayıtdıqdan sonra demokratiya uğrunda mübarizəni davam etdirəcəyini vurğulayır.

“Birinci növbədə bütün əqidədaşlarımızla, bizmlə düşünən insanlarla birlikdə, dünyanın demokratiyaya dəstək verməyə borclu təşkilatları ilə birlikdə biz Azərbaycana demokratiyanı gətirməliyik.”

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button