2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İlham Əliyev Şarl Mişellə görüşüb

Fevralın 17-də Münxendə Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşü olub.

Saytların yığılması Saytlarin yigilmasi

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb.

Məlumata görə, İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd edib.

Şarl Mişel isə Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasındakı səylərini davam etdirəcəyini bildirib.

Habelə bildirildiyinə görə, söhbət zamanı Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi də aparılıb.

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılırdı. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib.

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdi.

Azərbaycan rəsmiləri hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri də hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Bununla belə ötən ay Avropa İttifaqı Şurası sərhəd ərazilərdə “sabitliyə töhfə vermək” məqsədilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib.

Qurum bildirib ki, bu missiya vasitəsilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq.

Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib.

Onun fevralın 20-də fəaliyyətə başlayacağı gözlənilir.

İlham Əliyev Almaniya Federativ Respublikasına gedib. O, fevralın 17-də başlayan 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “
İlham Əliyev Şarl Mişellə görüşüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button