2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İlham Əliyevin “cəzası veriləcək”mesajı Biləsuvar şefinə aiddir? – Şok iddia

 

Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı istefaya göndərilir. Bu haqda iqtidardakı mötəbər mənbədən 24saat.org-a daxil olan məlumatda bildirilib.

Qaynağımız qeyd edib ki, prezidentin son müşavirədə icra başçılarına yönəlik “onların cəzası verilir və veriləcək” ismarıcının bir ucu da Mahir Quliyevə yönəlik olub.

Saytların yığılması Saytlarin yigilmasi

Onun barəsində saysız-hesabsız şikayətlər ünvanlanır. İ.Əliyevin Biləsuvarın icra başçısına və kuratoruna qəzəbli olduğu deyilir.

2017-ci ilin ilk ayı Biləsuvar rayonunda sosial vəziyyətlə bağlı vətəndaşların vəziyyəti pik həddə çatıb. Buna səbəb rayon sakinlərinin dövlətdən, eləcə də dövlət başçısından narazılığı yox, məhz icra başçısı Mahir Quliyevin özbaşınalığından bezməsidir.

Rayonda baş verənlər, insanların fəryadları Mahir Quliyevin məqsədli şəkildə və bilərəkdən vətəndaşları dövlətdən incik salır deməyə əsas verir. Ona görə də son konfransdakı fikirlərin Biləsuvarın icra hakiminə də dolayısı ilə aid olduğu xəbər verilir.

24saat.org-a daxil olan məlumatda qeyd olunur ki, İ.Əliyevin qara siyahısında M.Quliyevin adı keçir. Mahir Quliyev bütün qanunsuz əməllərini hakimiyyətdə yüksək vəzifə tutan məmur-oliqarxların ona havadarlıq etdiyini və bütün bunları onların göstərişi ilə etdiyini deyir.

Mahir Quliyevin “lahiyəsi” nəticəsində 25 min hektara yaxın əkin və otlaq sahələri biləsuvarlılardan alınaraq, Biləsuvar rayonu ilə heç bir əlaqəsi olmayan bir neçə özünə yaxın adamlar arasında bölüşdürülür.

Prezidentin verdiyi göstərişə əsasən növbəti əkin ili üçün 12000 hektar pambıq, 3000 hektar çuğundur əkilməsi məqsədi ilə boş olan sahələr ayrılmasına baxmayaraq, bu ad altında biləsuvarlıların əkin və heyvandarlıq məqsədi ilə istifadə etdiyi əkin və otlaq sahələri Mahir Quliyev tərəfindən alınır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button