2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İlham Əliyevin İranla bağlı açqlamalarının pərdəarxası – ANALİZ

İran Azərbaycana qarşı emosional addımlarından əl çəkmir

Prezident İlham Əliyev “Anadolu” agentyliyinə verdiyi müsahibəsində İrandan qondarma Dağlıq Qarabağ Respublikasına (“DQR”) yük daşınmalarına toxunub.

“24 saat”  xəbər verir ki, ölkə başçısı işğal dövründə də İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getdiyini bildirib

İlham Əliyevin İranla bağlı ajiotaj yaradan fikirləri sözügedən ölkənin Xarici İşlər nazirinin müavini Seyid Məhəmməd Kazım Səccadpurun Azərbaycana səfərindən sonraya təsadüf edib. Səccadpurun səfəri İranın ali dini rəhbərli Seyid Əli Xamneyinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amilinin Azərbaycana yönəlik fikirlərindən sonra gündəmə gəlmişdi. Amilinin məlum fikirləri rəsmi Bakı ilə Tehran arasındakı kövrək münasibətləri gərginləşdirmişdi. Belə bir ərəfədə Səccadpurun gəlişi münasibətlərdə müəyyən yumlaşmaya səbəb ola bilərdi. Amma görünür, Tehranın emissarı rəsmi Bakını qane etməyən mövqe sərgiləyib. Əks təqdirdə İlham Əliyev Səccadpurun səfərindən sonra İran haqqında tənqidi fikirlər səsləndirməz və çıxışında “bu sualı bütün dünya azərbaycanlıları verir” deyərək incə xətlə İranın etnik azərbaycanlılarını xatırlatmaq zərurəti hiss etməzdi. Görünür, Əliyev Türkiyə telekanalına merdiyi müsahibəsində bu fikirləri səsləndirməklə da İrana gərəkən mesaji vermiş olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu yerdə onu da xatırladaq ki, İlham Əliyev ilk dəfə prezident seçiləndə də “Mən dünyadakı hər bir azərbaycanlının prezidentiyəm” demişdi.

“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu TIR-lar müntəzəm olaraq ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat əlbəttə ki, yox idi”, – deyə İlham Əliyev vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Bakı bu barədə İranın siyasi rəhbərliyinə narazılığını bildirib:

“Bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Amma bu proses davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır”.

Seyid

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button