2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏYAP-a Yox Deyək

İlham Əliyevin sərəncamı niyə və necə yoxa çıxıb? TƏHSİL NAZİRLİYİNDƏ MÜƏMMALI OYUNLAR

Azərbaycan respublikası prezidenti İlham Əliyevin 11 Yanvar 2017-ci il tarixli 2589 saylı sərəncamı müəmmalı şəkildə yoxa çıxıb

24saat.org saytının apardığı araşdırma nəticəsində məlum olub ki, ölkə başçısının 11 Yanvar 2017-ci il tarixli 2589 saylı sərəncamı müəmmalı şəkildə icraatdan yayındırılmaqla yanaşı, bütün internet resurslarından, o cümlədən də president.az saytından silinib.

Məlumat üçün bildirək ki, məlum sərəcnama əsasən Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının təhsil nazirinin müavini təyin edilib. (http://www.e-qanun.az/framework/34757)

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, ölkə başçısının məlum sərəncamından sonra Nazirlər Kabinetinin 28.02.2017 tarixli qərarı ilə də Eynullayev Mətin Balasən oğlunun təhsil nazirinin müavini vəzifəsinə təyin edildiyi təsdiqlənib. ( http://cabmin.gov.az/?/az/pressreliz/view/2268/ )

Qərardan çıxarış:

1.1. “Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözlərindən sonra “Eynullayev Mətin Balasən oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri əlavə edilsin;

Məlumat üçün bildirək ki, prezidentin 11 yanvar 2017-ci il tarixində imzaladığı sərəncam president.az saytının sərəncamlar bölümündən də silinib.
(http://president.az/documents/orders/page/23)

 

Bunlardan əlavə, hazırda təhsil nazirliyinin rəsmi saytında “Rəhbərlik” bölümündə də nazir müavinlərinin adları arasında Mətin Eynullayevin adı yoxdur. (http://edu.gov.az/az/page/38)

;

Lakin gündəlik yenilənən edu.gov.az saytının “Kollegiya” bölməsində Mətin Eynullayevin vəzifəsi əvvəlki kimi aparat rəhbəri olaraq qalıb. Yəni ölkə başçısının sərəncamına uyğun olaraq onun vəzifəsi dəyişdirilməyib. (http://edu.gov.az/az/page/51)

Mətin Eynullayev

Yuxarıda təqdim etdiyimiz sənəd və sübutlar ölkə başçısının imzaladığı sərəncamın müəmmalı şəkildə yoxa çıxmasından və ya çıxarılmasından xəbər verir. Sərəncamın presizdent.az saytınından silinməsi isə deməyə əsas verir ki, Mətin Eynullayevin nazir müavini təyin olunmasını istəməyən qüvvələrin əli çox uzun olub. Hesab etmək olar ki, məlum təyinatdan sonra sərəncamın icrasının səssiz şəkildə dayandırması üçün fəaliyyətə keçən qüvvələr nəticədə istəklərinə nail ola biliblər.

Məlumat üçün qeyd edək ki, uzun zamandır təhsil nazirliyində nazir müavini Ceyhun Bayramovla Mətin Eynullayev arasında ciddi qarşıdurmanın olduğu bildirilir.

Xatırladaq ki, Ceyhun Bayramov Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button