2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Fevralın 16-da Münhendə təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan karbohidrogenlərinin dünya bazarlarına çıxarılması və Orta Dəhlizinin inkişafı məsələləri Prezident İlham Əliyevin ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi əlaqələndiricisi Amos Hoxşteyn ilə görüşündə müzakirə olunub.

Azərbaycan dövlət başçısının saytının məlumatına görə, Hoxşteyn Azərbaycanda qarşıdan gələn COP29 münasibətilə təbriklərini çatdırıb.

ABŞ prezidentinin nümayəndəsi Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması layihələrində 1990-cı illərdən iki ölkə arasında tərəfdaşlıq münasibətlərini xatırladaraq, Azərbaycanın regionda strateji əhəmiyyətini qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Görüşdə Orta Dəhlizin inkişafı və bu prosesdə Azərbaycanın rolu müzakirə edilib, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Söhbət zamanı Azərbaycan-Amerika ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button