2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev Milad bayramı münasibətilə  Roma Papasını təbrik edib

Bakı/20.12.23/Turan: Dövlət başçısı İlham Əliyev qarşıdan gələn Milad bayramı münasibətilə Roma Papası Fransiskə məktub ünvanlayıb.

“Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan, dünyada multikulturalizmin ünvanlarından biridir”. 

“Azərbaycanda xristian inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak edir, dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı bildirirəm”.

“Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz və qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm ideallarının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm”, deyə məktubda bildirilir. 0

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button