2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“İlham Əliyevin alternativi yoxdur” – Rasim Balayev

[

Xalq artisti Rasim Balayev növbədənkənar prezident seçkilərində İlham Əliyevə səs verəcək.

 

Saytların yığılması Saytlarin yigilmasi

Xalq artisti bu barədə Gununsesi.info-ya açıqlamasında bildirib.

 

“Mən prezidentimizə alternativ görmürəm. İlham Əliyev bütün fəaliyyəti ilə sübut etdi ki, bizim fəxr etməli olduğumuz, qürur duyduğumuz prezidentdir. İnanıram ki, hamı ona səs verəcək. Təbii ki, mən də səsvermədə iştirak edəcəm və İlham Əliyevə səs verəcəm”,- odeyib.

 

Qeyd edək ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

İndiyədək 8 nəfərin namizədliyi irəli sürülüb. Hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyinin sədri Fuad Əliyevin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Sabiq maliyyə naziri Fikrət Sadıqov da namizədliyini irəli sürəcəyini bildirib.

 

Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası, sabiq səhiyyə naziri Əli İnsanov seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.

 

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button