2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İlk rəsmi koronavirus məhbusu

AXCP Ali Məclisinin üzvü ” karantin rejimlərinin pozulması” ittihamı ilə şərlənib, 10 sutka azadlıqdan məhrum edildi

AXCP Ali Məclisinin üzvü Anar Məlikov Cəlilabad rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə azadlıqdan məhrum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə təqsirli bilinib.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən Anar Məlikov Cəlilabad Rayon Polis Şöbəsinə çağrılmağı ilə bağlı özünün feysbuk səhifəsində qeyd paylaşıb. Bu gün Polis Şöbəsində onun barəsində İnzibati Xəta haqqında protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Cəlilabad Rayon Məhkəməsinin hakimi onu İXM-in 211-ci maddəsi ilə təqsirli bilib, 10 sutka inzibati həbs cəzası verib.

Məhkəmə iclasına Anar Məlikovun yaxınları buraxılmayıb.

Anar Məlikov koronavirusla bağlı feysbukda bir neçə paylaşım edib, Cəlilabaddakı karantin yerində mövcud çatışmazlıqları ictimailəşdirib. Onun həbsinin bununla bağlı olduğunu demək olar. Onun paylaşımlarının heç birində panika doğuracaq və yalan məlumat olmayıb. Əslində marifləndirici məlumatlar, haqlı irad və tənqidlər olub. Cəlilabad rayon Mərkəzi Xəstəxanasına karantinə alınan jurnalistin bu gün paylaşdığı materillar da onun haqlı olduğunun göstəricisidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button