2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

”İlkin Rüstəmzadənin xəstəxanaya yerləşdirilməsinə icazə verilməyib”

Bacısı: “Penitensiar Xidmət onun müalicə üçün xəstəxanaya yerləşdirilməsini əməliyyat şəraiti baxımından məqsədəuyğun saymayıb”

Hazırda xəstəlikdən əziyyət çəkən NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin xəstəxanaya köçürülməsinə icazə verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Azadlıq Radiosu gənc fəalın bacısı Türkan Rüstəmzadəyə istinadən yazıb. Mayın 11-də qardaşı ilə telefonla danışdığını deyən T.Rüstəmzadənin sözlərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti gənc fəalın xəstəxanaya köçürülməsinə icazə verməyib:

“İlkin Rüstəmzadənin Penitensiar Xidmətin hospitalına köçürülməsi və zəruri müayinələrdən keçməsi ilə bağlı cəzaçəkmə müəssisəsinin həkimi təqdimat verib. Həmin təqdimata Penitensiar Xidmətdən cavab gəlib. Xidmət cavabında bildirib ki, onun müalicə üçün xəstəxanaya yerləşdirilməsi əməliyyat şəraiti baxımından məqsədəuyğun sayılmayıb”.

İlkin Rüstəmzadənin mədə xorası və nevrozdan əziyyət çəkdiyi bildirilir.

Penitensiar Xidmətdən bu qərarı ilə bağlı hər hansı məlumat almaq mümkün olmayıb.

Bir müddət öncə İlkin Rüstəmzadənin açıqlaması yayılmışdı. O, cəzaçəkmə müəssisəsinə gələn Dövlət Təhlükəsizlik Xidmətinin işçilərinin ona əməkdaşlıq təklif etdiklərini bildirmişdi. Dediyinə görə, əks halda onu müalicə almayacağı, həbsdən heç vaxt buraxılmayacağı ilə hədələyiblər. Ancaq Dövlət Təhlükəsizlik Xidmətindən indiyə kimi bu açıqlamaya hər hansı münasibət bildirilməyib.

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili, narkotik maddə və silah saxlamaq kimi ittihamlarla uzun müddətə həbs olunublar. Digərləri həbsdən azad olunublar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button