2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İlqar Məmmədov bundan sonra müxalifətçilikdən danışmamalıdır

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı

Yadınızdadırsa İlham Əliyev 19 oktyabr mitinqindən sonra, Əli Kərimlini və onun simasında müxalifəti qorxaqlıqda ittiham etmişdi. Dünən isə, İlqar Məmmədov da seçkiyə qatılmayanları qorxaqlıqda, mübarizə aparmamaqda günahlandırıb. Çox şey gözləsək də, açığı dəstixəttin bu qədər eyni olacağını gözləmirdik.
İlqar Məmmədovun iddiası buydu ki,o onun rəhbəri olduğu təşkilat seçkiyə qatılaraq mübarizə aparıb və digərləri də, mübarizədən qorxduğu üçün seçkini baykot edib. Erkin də bu mübarizənin nəticəsində mandat qazanıb.
Görək İlqar Məmmədovun və partiyasının mübarizəsi nədən ibarətimiş ki, biz onu aparmaqdan qorxmuşuq.
1.REAL il yarım seçkidən danışsada, dairələrin yalnız dörddə birindən 30 namizəd verə bildi. Onlarında Natiq demiş, 26-27- ni heç Gooqledə tanımırdı.

Saytların yığılması Saytlarin yigilmasi
  1. Seçki kampaniyasının gedişində İlqar Məmmədovun sədr kimi, Natiq Cəfərlinin də namizəd kimi qatıldığı yeganə kütləvi görüşlərində 100 nəfərdən az adam iştirak edib. REAL-n digər namizədləri isə nəinki 30-40 nəfəri bir yerə yığa bilmədilər, heç özlərini düz əməlli başlı tanıda bilmədilər. Bu da seçkinin imkanlarından necə istifadə edib mübarizə apardıqlarını göstərdi.
  2. Məhz onların çağırışları əsasında 15-20 %-n seçkiyə qatıldığını deyən İlqar Məmmədovun çıxışlarına yutubda baxanların sayı, AXCP funksionerlərinin orta baxış sayından ən azı iki üç dəfə aşağı olub. Bundan əlavə, seçki kampaniyası vaxtı internet tv- lər dəfələrlə çağrış etsələr də, heç bir REAL namizədi tv- lərə çıxıb hakimiyyətin ünvanına bir dəfə də tənqid səsləndirmədi.
  3. İlqar Məmmədovun ən çox müdafiə və təbliğ etdiyi namizəd vəkil Cavad Cavadov isə öz seçki dairəsində YAP namizədinin qalib gəldiyini elan edib, şikayət verməkdən imtina etdi. Buda REAL- n mübarizə əmsalının göstəricisi sayıla bilər.
  4. Seçki kampaniyasında üzə çıxarılan qanun pozuntularının, video görüntülərin əksəriyyəti müstəqil namizədlərə aiddir və REAL namizədləri bu prosesdə hər hansı iş görməyiblər.
  5. REAL- n seçkidə mandat verilmiş namizədi Erkin Qədirli özü etiraf etdi ki, onun dairəsində saxtalaşdırma olub və səsləri artırılıb. Bu halda, İlqar Məmmədovun “biz mübarizə ilə mandat qazanmışıq” deməsi, hakimiyyətin seçki saxtakarlığını pərdələmək və saxta yolla mandat verilməsi faktını gizlətmək cəhdidir.
    7.Bəlli oldu ki, REAL dan heç kim, Bəxtiyar Hacıyevin, Azər Qasımlı və s. uğurlu kampaniya aparıb ictimai diqqət çəkən namizədlər kimi, seçki kampaniyası qura bilmədi. Bu da seçkidən danışan bir təşkilat üçün sözün əsil mənasında utanc verici bir haldır. Belə çıxdı ki REAL da ya seçkini işindən başı çıxan yoxdur, ya da ki, xalqın dəstəyini ala biləcək namizəd.
  6. Seçkilərdən sonra isə REAL xalqın səslərini qorumaqla bağlı verdiyi vədini yerinə yetrmədi. Sosial şəbəkələrin basqısı ilə, seçkidən bir həftə sonraya tərəddüdlə mitinq təyin edənlər, nəinki etiraz prosesini təşkil edə bilmədilər, hətta, özləri düz əməlli başlı o prosesdə iştirak etmədilər. İlqar Məmmədovun ətrafından heç kim, o cümlədən “ya parlament, yada ki, zindan” deən Natiq Cəfərli mitinqə aid adi bir çağrış etməyə belə lüzum görmədilər. REAL namizədlərindən heç 10-15 nəfəri belə mitinq günü ortalarda görünmədilər. İlqar Məmmədov özü isə mitinqə 3 saat qalmış, evindən çıxaraq, piyada uzun məsafə qət etməklə saxlanılmasına şərait yaratdı. Bununla da, əslində, meydandan kənarda qalmaqla, ola biləcək etirazların məsuliyyətindən yayınmaq yolu seçildi.
  7. REAL- n da daxil olduğu təşkilat qrupu növbəti mitinqi 29 fevrala təyin etsə də, həmin günü İlqar bəy Tahir Kərimli, Fəzail Ağamalı ilə birlikdə Prezident Administrasiyasının şöbə müdiri ilə görüşə qatıldı. Bundan o qədər sevincərək oldular ki, İlqar Məmmədovda daxil olmaqla, təşkilatçılardan kimsə çıxıb mitinqin niyə təxirə salındığı və bunun səbəbləri haqqında xalqa məlumat vermədilər. Xalqa mitinq vədi verib, sonra da, heç bir qərar olmadan təyin etdiyin tədbirin başını buraxmağın siyasi məsuliyyətsizlikdən və prinsipsizlikdən başqa adı yoxdur.
    Ona görə də İlqar Məmmədov bundan sonra nədən istəsə danışa bilər, ancaq müxalifətçilikdən və mübarizədən danışmaması gərəkir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button