2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlqar Məmmədov həbsdən yazır: ‘Neft olmasa…’

«Respublikaçı Alternativ» (REAL) Hərəkatının həbsdəki lideri İlqar Məmmədov ölkə parlamentindəki büdcə müzakirələri barədə mesaj göndərib.

Büdcəyə tənqidi yanaşan REAL lideri 2018-ci ilin dövlət büdcəsinin də neftdən asılı olmasına diqqəti çəkib.

Mesajdan anlaşılır ki, İ.Məmmədov dövlət televiziyasından büdcə müzakirələri barədə bilgi əldə edə bilib.

Saytların yığılması Saytlarin yigilmasi

«Milli Məclis ötən həftə gələn ilin büdcəsini müzakirə edəndə, əlimə təsadüfən Mikayıl Müşfiqin kitabı düşdü. Deputatları izlərkən oxuduğum bir sətir məni çox güldürdü: «Neft olmasa parlarmı baxışlar?», – REAL lideri yazıb.

O vurğulayıb ki, gələn ilin büdcəsində neft pullarının payı az qala 40 faizə (əslində 45 faizdir) çatacaq.

«Bu da onların (hökumətin) qeyri-neft, əslində isə «qeyri-həqiqət sektoru»», – deyə REAL lideri ironiya ilə qeyd edib.

Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi layihəsi bu ay parlamentin müzakirəsinə çıxarılıb. Dövlət büdcəsinin gəlirləri 20.127 milyard manat həcmində proqnozlaşdırılır. Bu, ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 3.361 milyard manat və ya 20 faiz çoxdur. 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2.621 milyard manat və ya 15 faiz artıqdır.

2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7.907 milyard manatı və ya 39.3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür. 9.216 milyard manatı və ya 45.8 faizi də Dövlət Neft Fondundan transfert ediləcək.

2.43 milyard manatı və ya 12.1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2.8 faizi isə digər gəlirlərin payına düşür.

Gələn ilin büdcə xərcləri isə 21 milyard manata yaxındır.

XATIRLATMA

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi artıq onun iki şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Bu il noyabr ayında AİHM İ.Məmmədovla bağlı ikinci qərarını elan edib. Bu qərar da İ.Məmmədovun 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilməsi ilə bağlıdır. AİHM İ.Məmmədovun ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Ona ümumilikdə 10 min avro təzminat ödənilməsinə qərar verib.

Avropa Şurası Nazirlər Komitəsi İ.Məmmədovun dərhal azadlığa buraxılması ilə bağlı bir neçə dəfə qərar qəbul edib. Sonuncu qərar oktyabrın 25-də olub. Həmin qərar Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi ilə bağlıdır. Komitə dekabrın 5-də bununla bağlı AİHM-ə müraciət etmək niyyətindədir. Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button