2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlqar Məmmədov: “Mikrosahibkarların vergi öhdəliyi 1 faizə endirilməlidir”

Respublikaçı Alternativ Partiyasının sədri mikrosahibkarların vergi öhdəliyinin 20 faizdən 1 faizə endirilməsi təklifilə çıxış edib.

İlqar Məmmədov öz teleqram- kanalında bildirib ki,  Azərbaycanda mikrosahibkar kimi qeydiyyatdan keçən 350 min vətəndaş var.

“Bu il, parlament seçkisi ilində hökumət sizin verginizi 5 faizdən 20 faizə qədər artırdı. Siz bunu səsverməyə gedərkən unutmamalısınız. Bu hökumətin siyasətinə qarşı çıxış edən REAL Partiyasinın rəhbəri olaraq əminliklə bildirirəm ki, bu verginin 1 faizdən yuxarı olmasının heç bir iqtisadi mənası yoxdur. Verginin 20 faizə qaldırılmasının sizə və bütövlükdə iqtisadiyyata zərəri var. Bu vergini bu ilin aprelində ilk dəfə ödəyəndə parlament seçkisində REAL Partiyasına səs verəcəyinizi xatırlayın. Biz bu vergini 1 faizə endirəcəyik”, – İlqar Məmmədov qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, çoxsaylı tənqidlərə və ekspertlərin verginin artırılmasının əleyhinə çıxışlarına baxmayaraq, ötən ilin dekabrında Milli Məclis mikrosahibkarların vergi yükünün 5 faizdən 20 faizə qaldırılması barədə qanuna dəyişiklikləri qəbul edib.

Dövlət başçısı bu düzəlişləri təsdiq edib. Hakimiyyətin bu qərarı sosial şəbəkələrdə narazılığa səbəb olub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button