2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

In AXCP qurultayı siyasi məhbuslara azadlıq tələb edən bəyanat qəbul edib

Bakı/17.12.23/Turan: “Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) başda Tofiq Yaqublu və Qubad İbadoğlu olmaqla, bütün siyasi məhbusların azad olunmasını hakimiyyətdən tələb edir. AXCP ölkənin fəal ictimaiyyətini siyasi məhbusları daha kütləviliklə və qətiyyətlə müdafiə etməyə, onlara azadlıq tələbini daha ucadan səsləndirməyə çağırır. AXCP həmçinin beynəlxalq birliyi Azərbaycanda siyasi məhbusların azadlığına nail olmaq üçün İlham Əliyev hakimiyyəti ilə daha sərt danışmağa, ünvanlı sanksiyalar da daxil olmaqla, bütün təsirli təzyiq vasitələrini işə salmağa səsləyir”.

Bu barədə AXCP-nin dekabrın 16-da keçirlən qurultayının “Tofiq Yaqublunun həbsi və ölkədə tüğyan edən repressiyalarla bağlı” bəyanatında deyilir.
AXCP hesab edir ki? İlham Əliyev 7 fevral 2024-cü ilə təyin etdiyi “seçki tamaşasına müxalifətin və öz tənqidçilərinin mövqelərini bacardığı qədər zəiflətməklə” getmək istəyir. 

Ölkədə son aylarda yenidən vüsət alan repressiyanın bir səbəbi də budur”, sənəddə qeyd edilir. 

Saytların yığılması Saytlarin yigilmasi

AXCP 10 fəalının hazırda siyasi məhbus həyatı yaşadığını xatırladır. Bəyanatda həmçinin son həbslərə toxunulur. 
“Tofiq Yaqublunun həbsindən bir az əvvəl “Abzas Media” müstəqil internet nəşrinə qarşı əməliyyat həyata keçirilib, onun direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı da daxil olmaqla, 6 əməkdaşı həbs edilib. Ardınca daha 2 nəfər müstəqil media işçisi – Əziz Orucov və Teymur Kərimov həbs olunub. 2023-cü ilin iyul ayında isə tanınmış iqtisadçı alim, ADR hərəkatının sədri Qubad ibadoğlu həbs edilib”, sənəddə qeyd edilir. 

AXCP hesab edir ki, Azərbaycan hakimiyyəti yerli ictimaiyyətin və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, siyasi məhbusları azad etmir, əksinə yeni həbslərlə onların sayını artırır. 

“Siyasi həbslər İlham Əliyev idarəçiliyinin əsas alətinə çevrilib”, AXCP qurultayının bəyanatında qeyd edilir. 

Xatırladaq ki, son günlər ölkədə 8 jurnalist edilib. Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda siyasi iddialarla iki yüzdən çox insan həbsdədir. 

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb. 

Bununla yanaşı, rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. -03-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button