2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

“İndi mən artıq hazır məhsulam” – Sevda

“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Sevda Yahyayeva olub.

BiG.AZ xəbər verir ki, özünü aktrisalıqda da sınayan və kifayət qədər iri addımlar atmağa başlayan müğənni bu işə də həddən artıq məsuliyyətlə yanaşdığını dilə gətirib:

“Mənim seriala çəkilmək ilk işim idi. Özümü sınamaq istədim. Gördüm ki, bu, məndə alındı. Düzdür, əvvəl zəif idim, ancaq sonradan yaxşı oldu. Mən bu işə müğənniyəm, aktrisa deyiləm, deyə məsuliyyətsiz baxmadım. Böyük məsuliyyətlə, əziyyətlə, sevgi ilə yanaşdım”.

Saytların yığılması Saytlarin yigilmasi

Bütün işlərini bir kənara qoyub yalnız serial çəkilişləri ilə məşğul olan müğənni rolundan zövq aldığını söyləsə də, çox yorulduğunu da etiraf edib:

“Bu 6-7 ay ərzində, demək olar ki, hər gün çəkilişlərimiz olurdu. Mənim öz işlərim axsamışdı. Heç kim məni tapa bilmirdi. Heç özüm özümü tapa bilmirdim. Hər gün səhərdən-axşamacan çəkilişlərdə olurdum. Maraqlı və gözəl idi, ancaq həddindən artıq yorulurdum”.

Özünü “hazır məhsul” hesab edən Sevda Yahyayeva yaxşı ssenari, yaxşı film olarsa və dəvət alarsa, məmnuniyyətlə həmin ekran işində rol alacağını söyləyib:

“İndi mən artıq hazır məhsulam. Biri var sıfırdan olsun, biri da var 7 ay ərzində mən Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini “oxudum” orda. Bu, mənim üçün böyük təcrübə oldu. Yaxşı film olsa, yaxşı ssenari olsa, rol olsa, çəkilərəm. Öz xasiyyətimə yaxın bir rol oynaya bilərəm. Çılğın, dəlisov, aqressiv bir obrazı canlandıra bilmərəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button