SEÇMƏ

İnfantino növbəti dəfə FİFA-nın prezidenti seçilib

Yayımlandı: 16 Mart 2023 13:52

O, seçkiyə yeganə namizəd kimi qatılıb

Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib.

Bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat  yayıb. Məlumatda bildirilib ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü konqresdə isveçrəli futbol funksionerinin növbəti dörd il üçün prezidentliyi təsdiqlənib.

İnfantino seçkiyə yeganə namizəd kimi qatılıb. O, 2027-ci ilədək postunda qalacaq.

Canni İnfantino 2016-cı ildən FİFA-nın prezidenti postundadır.

Meydan TV

Gözdən qaçırmayın:  İqtisadçı prezidentin xarici iş adamları ilə görüşünü “səmərəsiz” adlandırdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button