2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətDünya

İnsan Kapitalı İndeksi üzrə reytinq: Azərbaycan 69-cu yerdə

Dünya Bankının reytinqində Cənubi Qafqazda lider Gürcüstandır

Dünya Bankı İnsan Kapitalı İndeksi üzrə reytinqini açıqlayıb.

Reytinqdə Azərbaycan 157 ölkə arasında 69-cu yerdə qərarlaşıb.

İlk beşlikdə olan ölkələrdən 4-ü Asiya qitəsini təmsil edir – Sinqapur, Cənubi Koreya, Yaponiya və Hong Kong.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş SSRİ məkanından olan Rusiya, Qazaxıstan, Latviya, Litva, Estoniya və Ukrayna ilk 50-yə düşüb. Reytinqdə MDB ölkələrindən ən yüksək pillədə Qazaxıstan durur – 31-ci sırada.

Gürcüstan Azərbaycandan 8 pillə irəlidə, Ermənistan isə 9 pillə geridədir.

İnsan Kapitalı İndeksi hökumətlərin hazırda doğulan uşaqların təhsil və sağlamlığına, gələcək iş həyatına hazırlığına yönəltdiyi investisiyaların effektivlyinin qiymətləndirilməsi əsasında hazırlanıb.

İqtisadçı Rövşən Ağayev deyib ki, İnsan Kapitalı İndeksi Dünya Bankı və BVF-nin birgə illik toplantısında ilk dəfə olaraq açıqlanıb:

“DB-nin bununla bağlı yaydığı media açıqlamasındakı bir cümlə təhsil və səhiyyənin cəmiyyətin inkişafında roluna diqqəti çəkmək baxımından çox mühümdür. Bu gün doğulan uşaqların 56 faizi həyat boyu əldə edə biləcəkləri potensial qazancların yarısını itirəcəklər. Çünki hökumətlər məhz bu gün həmin uşaqların təhsilinə, sağlamlığına, gələcək əmək bazarı üçün çevik işçi qüvvəsinə çevrilməsinə effektiv sərmayələr etmir”.

Oxfam Beynəlxalq təşkilatı isə qeyri-bərabərliyin azaldılması üzrə öhdəliklərin yerinə yetirilməsinə dair indeks açıqlayıb.

İndeksdə Azərbaycan 157 ölkə arasında 116-cı sırada qərarlaşıb.

Gürcüsran 49-cu, Rusiya 50-ci, Türkiyə 53-cü, Ermənistan 61-ci yerdədir.

İndeks hökumətin sosial xərclərinin və vergi sisteminin proqressivlik səviyyəsi, əmək hüquqlarının, minimum əmək haqqının vəziyyəti əsasında hazırlanıb.

Bununla bağlı Rövşən Ağayev deyib ki, bu, əsas üç komponentdən ən pis vəziyyət sosial xərclərin səviyyəsinə görə yerimizdi:

“140-cı pillədəyik. Ən yaxşı vəziyyət isə vergi sisteminin proqressivliyidir – 70-ci yerdəyik. 3-cü komponentə görəsə 100-cü sıradayıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button