2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İnternet azadlığına qarşı qanun tәsdiqlәndi

Ölkə başçısı parlamentin Mülki Prosessual Məcəlləyə aprelin 7-də elədiyi əlavələri təsdiqləyib. Aprelin 18-də qüvvəyə minən yenilik internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlıdır.

Məcəlləyə əlavə olunan maddələrə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması yasaqlanan informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

Saytların yığılması Saytlarin yigilmasi

İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yerləşdiyi yer üzrə verilir.

Müraciətin məhdudlaşdırılması barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button