2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İntizam Komissiyası deputat Səlimovun işini baxılması üçün parlamentə təqdim edib

Bakı/02.08.21 Avqustun 3-də Milli Məclis növbədənkənar iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsinə baxacaq.

Xatırladaq ki, Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında təqdimat baş prokuror Kamran Əliyev tərəfindən DİN-in materialları əsasında göndərilib.

Belə ki, iyulun 29-da gecə saatlarında Səlimov karantin rejimini pozmamağı tələb edən polis əməkdaşını döyüb. Faktla bağlı prokurorluq 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddə ilə cinayət işi qaldırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“İntizam Komissiyasının iclasında Səlimov özü də çıxış edib, o, əməlini etiraf edib və üzr istəyib. Komissiya üzvləri baş prokurorun müraciətini dinləyiblər və yekdilliklə işi baxılması üçün parlamentə təqdim etmək qərarına gəliblər”, deyə Komissiyanın sədr müavini Fəzail Ağamalı Turan-a bildirib.

Səlimovun cinayət məsuliyyətinə cəlb ediləcəyinə və bəlkə də, azadlıqdan məhrum ediləcəyinə şübhə yoxdur. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button