2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İqlim dəyişikliyinin təsiri ilə Xəzər dənizində suyun səviyyəsi azalır: “Problem çox ciddidir, sahilyanı ölkələr əməkdaşlıq etməlidir”

Dünyanın ən böyük qapalı dənizi olan Xəzərdəki bu marşrut suyun azalmasına görə artıq istifadə oluna bilmir.

“Dənizdə ciddi lillənmə (dəniz dibində çöküntü toplanması) olduğundan bu marşrut bir ildir ki, ləğv edilib”, – 36 yaşlı dənizçi Fransanın AFP xəbər agentliyinə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bunun səbəbləri haqqında çox az araşdırma aparılıb. Buna görə də mütəxəssislərin fərqli nəzəriyyələri var. Ancaq səbəb nə olursa olsun, onlar iqlim dəyişikliyinin mövcud vəziyyəti daha da pisləşdirdiyi ilə razılaşırlar.

Xəzər şəhərinin peyk görüntüləri dənizin 800 metr geri çəkildiyini göstərir. Ona görə də dənizdəki bir ada getdikcə quruya birləşir.

Buna görə də Batır sərnişinləri Kızılsu yarımadasına aparır. Amma ordakı vəziyyət də o qədər yaxşı deyil. Quruda qalan gəmilər də bunun bariz göstəricisidir.

Kızılsudakı evi dalğalara qarşı qum yüksəklikləri ilə qorunan 40 yaşlı Ayça “Köhnə limanın dərinliyi kifayət etmədiyi üçün yeni liman tikilir”, -deyir.

Onun sözlərinə görə, hətta tufan olanda belə artıq dalğalar onun evinə çata bilmir.

“Dəniz səviyyəsinin dəyişməsi dənizin dibinə təsir edən tektonik hərəkətlər və seysmik fəaliyyətlər nəticəsində baş verir”, – türkmən alimi Nəzər Mouradov deyir.

O bildirir ki, Xəzərdə suyun səviyyəsi 1930-1980-ci illərdə çəkilib, sonra yenidən artıb.

Digər tərəfdən, o, iqlim dəyişikliyinə də diqqət çəkir: “Ancaq bu dəyişikliyin iqlimlə bağlı səbəbləri də var: dəniz səviyyəsi çayların axınından asılıdır və çayların axını azalır”.

“Yağışın miqdarı azaldıqca, buxarlanma sürəti artır”, – o deyir.

Mərkəzi Asiya iqlim dəyişikliyindən çox təsirlənir. Bu bölgə iyirminci əsrin ən böyük ekoloji fəlakətlərindən biri olan Aral dənizinin qurumasının təsirini hələ də hiss edir.

Türkmənistanın ən böyük sahil şəhəri Türkmənbaşıda dəniz qarşısıalınmaz şəkildə çəkilir.

Xəzərdə mütəmadi üzən 35 yaşlı şəhər sakini Liyudmila Essenova dənizə girərək: “Keçən yay su çiyinlərimə qədər idi, sonra belimdən oldu, bu il dizdən aşağıdır”, – deyir.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button