2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İqtisadi göstəricilər real vəziyyətə uyğun deyil

Yeni iş yerləri kağız üstündə qalır

Baş nazirin müavini Əli Əhmədov bu gün tikinti sektoru nümayəndələriylə görüşdə son 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə artdığını deyib. Ə.Əhmədov bildirib ki, bu dövr ərzində Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb, pensiya və əməkhaqları təxminən, 3 dəfə artıb. Onun dediyinə görə ötən il ölkədə 90 min yeni iş yeri yaradılıb. Ölkədə işsizlik səviyyəsi isə 6 faizdən azdır.
Rəsmi açıqlama iqtisadi uğurlara imza atdığımızı desə də, real mənzərə onunla üst-üstə düşmür. Elə rəsmi rəqəmlər bunu əyani təsdiq edir. Sadə bir sual, bu ilin dövlət büdcə gəlirləri 16255.0 milyon manat hesab edilirsə, hansı inkişafdan danışmaq olar?! Çünki sözügedən rəqəm keçən ilin dövlət büdcəsi gəlirləriylə müqayisədə tam 3,4 faiz azdır. Neft sektorundan birbaşa daxilolmaların məbləği azala-azala gedir. Ona görə də bu sektordan büdcə gəlirlərinin formalaşmasında problemlər yaranır.
Rəsmi statistika son dövrlərdə iqtisadiyyatda yeni iş yerlərinin açılması və orta aylıq əməkhaqqının artımla proqnozlaşdırıldığını diqtə edir. Real vəziyyət isə bunun tam əksidir. Artıq neçə ildir ki, iqtisadi artım tempi aşağı düşməkdə davam edir. Paralel olaraq iqtisadiyyatda böhran prosesləri dərinləşir. Rəsmi açıqlamalarda qənaət mexanizminin əsas götürüldüyü deyilir. Başlıca hədəflər sırasında sosial öhdəliklər və sosial proqramlara diqqətin artırılacağı deyilsə də, cari ildə sosial sektorun hər biri üzrə xərclər əhəmiyyətli dərəcədə azalıb. Sosial istiqamətlərə investisiya qoyuluşu kəskin şəkildə aşağı düşüb. Bir sıra tanınmış şirkət Azərbaycan bazarını tərk edib. Maliyyə sektorunda ixtisarlar artıb, neçə qurum bir mərkəzdə birləşdirilib. Elmin inkişafı üzrə dövlət büdcəsindən dəstək də əhəmiyyətli həddə azalıb. Rəqəmlərlə ifadədə 2017-ci il üçün elm xərcləri son beş ilin səviyyəsinə enib.
Ölkədə maliyyə sabitliyi inzibati üsullarla təmin edilir. Bank sektorunda vəziyyət acınacaqlı olaraq qalır. Sahibkarlıq və investisiya mühiti ötən illərlə müqayisədə daha da tənəzzül edib. Əhalinin iqtisadi vəziyyəti kəskin şəkildə pisləşib. Onların alıcılıq qabiliyyəti dəfələrlə azalıb, sosial həyat səviyyəsi aşağı düşüb. İşsizlik səviyyəsi yeni iş yerlərinin açılmasıyla təzad təşkil edərək daha da artıb. Qeyd edilən və edilməyənlərin fonunda, ölkədə ciddi iqtisadi uğurlardan və inkişafdan danışmaq, görəsən, tez deyilmi?

Nigar

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button