2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İqtisadiyyata kredit qoyuluşu azalıb

Saytların yığılması Saytlarin yigilmasi

Vüqar Bayramov: ”Bu, birbaşa kommersiya banklarının kredit qoyuluşu şərtlərinin ağırlaşdırılması ilə bağlıdır”

Ölkədə fəaliyyət göstərən kommersiya banklarının 2017-ci ilin aprel ayının 1-ə iqtisadiyyata kredit qoyuluşu 15 mlrd. 78,9 mln. manat təşkil edib.

APA Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, martda iqtisadiyyata kredit qoyuluşu 2,24% və ya 345,3 mln. manat azalıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyatın kreditləşməsi 21% və ya 4 mlrd. 12,6 mln. manat azalıb.

AMB-nin məlumatını Meydan TV-yə şərh edən iqtisadçı Vüqar Bayramov kredit qoyuluşunun azalmasını gözlənilən hesab edib.

Onun sözlərinə görə, bu, birbaşa kommersiya banklarının kredit qoyuluşu şərtlərinin ağırlaşdırılması ilə bağlıdı:

“Xüsusən ötən ildən kommersiya bankları kredit şərtlərinin ağır olduğunu ifadə edirdilər. Bu prosesdə iş yerlərində arayışın tələb edilməsi, bəzi hallarda kredit üçün müraciət edənin iş yerinin yoxlanılması da rol oynadı. 2016-2017-ci illərdə əvvəlki illərlə müqayisədə kredit üçün müraciətlərə neqativ cavab verməklə nəticələndi. Ona görə kredit şərtlərinin ağırlaşması iqtisadiyyata yönəldilən kreditlərə birbaşa təsir göstərdi və nəticədə kredit qoyuluşlarında azalmalar müşahidə olundu”. 

Vüqar Bayramov
Vüqar Bayramov. Fotoqraf:: sosial şəbəkə

V.Bayramlı ikinci səbəb kimi 2015-ci ildə fevral və dekabr devalvasiyalarını misal göstərir:

“Devalvasiyalardan sonra manatın dəyər itirməsi xarici valyutada kredit götürən vətəndaşların kredit ödənişlərinə mənfi təsir göstərdi. Problemli kreditlərin ikirəqəmli həddə çatması kommersiya banklarının da təkliflərə daha riskli və ehtiyatlı yanaşmasına gətirib çıxardı. Həm də real sektora qoyulan kreditlərin azalması nəticə etibarıyla kredit qoyuluşunun əvvəlki illərlə müqayisədə azalmasına təsir etdi”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button