2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İrəvan Bakıya 8 yeni mina xəritəsi vermək istəyir – BAKI İSƏ ONUN ETİBARLILIĞNA ŞÜBHƏ EDİR

[

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın indiyədək təqdim etdiyi mina xəritələrinin etibarlılığının 25 faiz təşkil etdiyini bildirir.

Gununsesi.info-nun xəbərinə görə, bu açıqlama İrəvanın Bakıya səkkiz yeni xəritə təqdim etmək niyyətini bildirəndən sonra verilib.

Saytların yığılması Saytlarin yigilmasi

XİN qeyd edir ki, İrəvanın Bakıya mina xəritələri təqdim etmək niyyətini qeydə alıb. Ancaq Ermənistandan indiyədək tam təqdim edilməyən bütün minalanmış ərazilərin dəqiq xəritələrini gözləyir.

“Bununla yanaşı, son 30 il ərzində itkin düşmüş 4 minə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir”, – XİN-dən bildirilir.

İrəvanın indiyədək təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının 25 faiz təşkil etdiyi bildirilir. O da vurğulanır ki, bu xəritələrdə Azərbaycan ərazilərində guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayı 1 milyondan artıqdır.

Ermənistan MTX yanvarın 24-də bildirib ki, minalı sahələrin səkkiz yeni xəritəsi aşkarlanıb və yaxın günlərdə işçi kanallarla Azərbaycan tərəfinə təqdim olunacaq.

MTX-nın məlumatına görə, daha öncə Qarabağda minalı sahələrin 972-dək jurnalı bir neçə dəfə qeyd-şərtsiz Azərbaycana verilib. Ermənistan rəsmiləri sonradan bir neçə dəfə bəyan ediblər ki, onlarda keyfiyyətli xəritə qalmayıb. Təqdim olunan xəritələrin isə Qarabağdakı hərbçilərdən alındığı bildirilib.

Azərbaycan mediasında mina partlayışlarında xəsarət alan vətəndaşlar barədə məlumatlar yayılandan sonra MTX keçmiş hərbi qulluqçular arasında dindirmələri bərpa edib və nəticədə səkkiz yeni jurnal əldə edilib. Bunu AzadlıqRadiosunun erməni xidməti yazır. Bu sənədlərin surətlərinin beynəlxalq tərəfdaşlara göndəriləcəyi bildirilir.

Azərbaycan bildirir ki, 2020-ci il müharibəsindən bəri 342 nəfər azərbaycanlı mina partlayışından zərər çəkib, üç nəfər jurnalist daxil, 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50-si mülki şəxsdir.

2023-cü ildə 58 şəxs Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub. Bunu Baş prokuror Kamran Əliyev yanvarın 26-da Baş Prokurorluqda kollegiya iclasında bildirib. 58 şəxsdən 19-u həlak olub.

Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağ üzərində suverenliyini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button