2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran Azərbaycanla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir

Bakı/10.02.22 İran və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin hazırki səviyyəsi ikitərəfli əməkdaşlıq potensialına uyğun deyil. Bu barədə bu gün keçirilən mətbuat konfransında İİR-in Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 30% artaraq, 400 mln. dollar təşkil edib. Bu zaman Azərbaycanın İrana ixracı 11% artıb.

Səfir bu statistikanın iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini əhatə etmədiyinə diqqət çəkib.

Saytların yığılması Saytlarin yigilmasi

Yaxın gələcəkdə hökumətlərarası komissiyanın iclasının keçirilməsi planlaşdırılır, bu iclasda iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur, deyə Musəvi qeyd edib.

Gündəlikdə həmçinin iki ölkə prezidentinin qarşılıqlı səfərləri də var, deyən diplomat səfərlərin təxmini vaxtını söyləməyib, amma “onların məqbul zamanda baş tutacağını” qeyd edib. -06Ñ-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button