2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran Qərbə ‘konstruktiv’ plan təklif edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif martın 5-də deyib ki, Tehran tezliklə “konstruktiv” hərəkət planı ilə çıxış edəcək.

Bu məlumatı Reuters agentliyi yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl Avropa mənbələri bildirmişdilər ki, Tehran özünün nüvə proqramı ilə bağlı qeyri-rəsmi danışıqlara başlanması istiqamətində pozitiv işarələr verir.

İranın xarici işlər naziri bu barədə özünün Twitter hesabından yazıb:

“İranın xarici işlər naziri və baş nüvə danışıqçısı kimi mən tezliklə və normal diplomatik kanallarla bizim konstruktiv konkret hərəkət planımızı təqdim edəcəyəm”.

Martın 4-də Fransanın və Avropanın diplomatik mənbələri demişdilər ki, İran son günlərdə qeyri-formal danışıqların açılmasına dair ümidverici işarələr edib.

Avropa İranı pisləyən qətnamə layihəsini hələlik saxlayıb

Bundan əvvəl Avropa gücləri Tehranı BMT nüvə gözətçisinin iclasında tənqid etmək planından geri çəkilmişdilər.

İran indiyədək 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün ABŞ və dünya gücləri ilə Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlardan imtina edib.

İranın nüvə siyasətini ölkə prezidenti yox, ali rəhbər ayətüllah Əli Xameneyi müəyyən edir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini birtərəfli qaydada 2015-ci il sazişindən çıxardıqdan sonra Vaşinqton və Tehran arasında qarşıdurma yaranıb.

Bu arada Britaniya, Fransa və Almaniya martın 4-də Beynəlxalq Atom Enerjisi Agentliyinə Tehranı pisləyən qətnamə layihəsini təqdim etməmək qərarına gəliblər.

Onlar bildiriblər ki, böhranın aradan qaldırılması üçün mümküm diplomatik perspektivləri əngəlləmək istəmirlər.

24 saat” “İran Qərbə ‘konstruktiv’ plan təklif edəcək” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button