2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran Rusiyaya dron göndərmədiyi barədə yalan söyləyir

Çərşənbə günü ABŞ Ukraynanı bombalayan dronları və ya raketləri Rusiyaya İranın göndərməməsilə bağlı bu ölkənin  iddialarını təkzib edib.

“Bu, açıq-aşkar yalandır və faktlar bunun belə olduğunu göstərir”, –  Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller gündəlik brifinqdə Turan-ın suallarını cavablandırarkən deyib.

Bundan öncə Davosda İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahian bildirib ki,  Kiyev Ukraynaya qarşı İran silahlarından  istifadə olunduğunu təsdiqləyən “heç bir sübut təqdim etməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

O əlavə edib ki, İran bir neçə dəfə Rusiyadan soruşub ki, Ukraynaya qarşı İran istehsalı olan hər hansı silahdan istifadə ediblərmi və “onlar da yox cavabını veriblər”.

Çərşənbə günü prezident Co Bayden Ukraynanın təhlükəsizlik ehtiyaclarını vurğulamaq üçün Konqresin  ali liderlərini Ağ Evdə bir araya gətirib. “Bayden açıq şəkildə deyib: “Konqresin davam edən fəaliyyətsizliyi ABŞ-ın, NATO-nun və azad dünyanın qalan hissəsinin təhlükəsizliyini qorxu altına alır”, – Ağ Evin məlumatında deyilir.

Bayden Konqresi tez bir zamanda Ukraynaya dəstək üçün əlavə maliyyəni təqdim etməyə və ABŞ-ın qətiyyəti barədə güclü siqnal göndərməyə çağırıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button