Bizim tərcümə

İranda boya fabrikində partlayış: 65 nəfər yaralanıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-26 18:37:19

İranın Şərqi Azərbaycan əyalətinin Azərşəhr şəhərində Atlasfam Paint boya zavodunda partlayış baş verib.

Partlayış nəticəsində 10-u ağır olmaqla ümumilikdə 65 nəfər yaralanıb. Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Həmid Mencem verdiyi açıqlamada, “Bu gün yerli vaxtla saat 12:42-də Atlasfam Paint boya fabrikində partlayış baş verib. Partlayışda 150 nəfər zərər çəkdiyi halda, 10-u ağır olmaqla 65 nəfər yaralanıb. Mencem hadisə yerinə 3 xilasetmə qrupu və təcili yardım maşınlarının göndərildiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Şərqi Azərbaycan Böhran İdarəetmə Baş direktoru Muhammed Bakır Hünərber qeyd edib ki, partlayış boya anbarında baş verib və ondan sonra başlayan yanğın bütün fabrikə yayılıb. “İlkin əlamətlər göstərir ki, boya çənindəki qaz sızması partlayışa səbəb olub”, – Hunerber bildirib.

Yaralıların şəhər və ətraf bölgələrdəki xəstəxanalara çatdırıldığını söyləyən Hunerber, “Partlayışın şiddətindən yaralı sayının artma ehtimalı davam edir” dedi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button